xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ülvi Mehdiyev: COVID pasportu xüsusi mobil tətbiqlə yoxlanılacaq

20-08-2021, 14:03 56 dəfə baxılıb

Ülvi Mehdiyev: COVID pasportu xüsusi mobil tətbiqlə yoxlanılacaq


“Sentyabrın 1-dən ictimai iaşə müəssisələri-kafe, restoran şadlıq evləri və otellərdə vətəndaşların COVID pasportu yoxlanılacaq. Bu prosesin operativ həyata keçirilməsini təmin etmək üçün ASAN xidmət tərəfindən xüsusi mobil tətbiq hazırlanıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədr müavini Ülvi Mehdiyev deyib.

“Bu sistemdən istifadə edənlər həmin obyektlərin əməkdaşları olacaq. Onlar bu sistemdən necə istifadə etməklə bağlı video ilə təlimatlandırılacaqlar. Çalışmışıq ki, maksimum asan bir sistem olsun. Yəni xüsusi mobil tətbiqlə vətəndaşların COVID pasportu yoxlanılacaq.

Əgər vətəndaş COVID pasportuu kağız formasında gəzdirirsə, onun üzərindəki QR kod vasitəsilə və ya mobil telefonundakı şəkli vasitəsilə, həm də şəxsiyyət vəsiqəsi məlumatları vasitəsilə yoxlanılacaq” ,-deyə o bildirib.

Vətəndaşlardan bununla bağlı xüsusi tələb yoxdur. Yaınız hər hansı ictimai iaşə müəssisəsinə getdikdə COVID pasportları (və ya foto formasında) üzərində olsun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi