xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - səfər etmək üçün nələr lazımdır?

1-06-2021, 12:14 90 dəfə baxılıb

Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - səfər etmək üçün nələr lazımdır?


Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.
"Report” xəbər verir ki, qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb.

Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.

Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub. Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir.

Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi