Fuad Hacıyev: Prezidentdən diplomatiya dərsi
31-05-2021, 12:06
141 dəfə baxılıb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir. Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayaraq 2020-ci ilin noyabrın 10 –da kapitulyasiya sənədini imzaladı. Bu sənəddə çox önəmli məsələ kimi Zəngəzur dəhlizinin açılması da mövcuddur. Təbii ki, bu dəhlizin reallaşması ilə Azərbaycanın öz doğma torpağı olan Naxçıvanla, daha sonra qardaş Türkiyə ilə quru yollarının açılması regionun iqtisadi inkişafına yeni təkan verəcək.
Qeyd edək ki, beynəlxalq ekspertlər də Zəngəzur dəhlizinin açılmasını nəinki region üçün, hətta beynəlxalq aləm üçün önəmli hesab edirlər. Belə ki, Böyük Britaniyanın «Emerging Europe» adlı analitik mərkəzinin hazırladığı hesabatda qeyd edilib ki, Türkiyə və İran da Qarabağ münaqişəsinin nizamlanmasından sonra Cənubi Qafqazın geosiyasi xəritəsinin yenilənməsində, əlaqələrin qurulmasında maraqlıdırlar. Hesabatda qeyd olunur ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın üç ölkəsini - Ermənistanı, Azərbaycanı və Gürcüstanı, habelə üç qonşusunu - Türkiyəni, Rusiyanı və İranı əhatə edən «3 + 3» geosiyasi tərəfdaşlığının formatına uyğundur. Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur dəhlizi daha qısa bir marşrut olduğu üçün bölgədəki digər layihələrə nisbətən daha ucuz və səmərəlidir.
Bu gün Asiyanın Avropaya ən səmərəli tranzit yolu Azərbaycandan keçir. Lakin Zəngəzur dəhlizi reallaşsa buradakı səmərəlilik daha bir neçə dəfə yüksələcəkdir. Bu da diqqətçəkən faktdır ki, dünyanın ən böyük dövlətlərindən biri olan Çin Xalq Respublikası da avropalılar kimi, Zəngəzur dəhlizinə maraq göstərir.
Təbii ki, Azərbaycanla birgə Ermənistanın da Zəngəzur dəhlizindən qazanmaq imkanları olacaq. Regionda Azərbaycan vasitəsilə yeni kommunikasiyaların açılması imkanlarından istifadə etməklə region ölkələri Fars körfəzinə və Rusiyaya gedib çıxa biləcəklər. Bu dəhlizin reallaşması ona hesablanıbdır ki, ticarət əlaqələrini genişləndirmək müharibə aparmaqdan qat-qat sərfəlidir.
Avropa İttifaqı da Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf kimi çıxış edir. Ona görə də bu qurum «Avropa və Asiyanı birləşdir» strategiyası çərçivəsində konkret təşəbbüslərin işlənməsini nəzərdə tutan tezislər təklif edib. Bunlar Avropa və Asiya arasında bağlılığı yaxşılaşdıra, o cümlədən nəqliyyat əlaqələri, enerji və rəqəmsal şəbəkəni gücləndirə bilər.
Beləliklə, bu gün Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş anlamda beynəlxalq aləm üçün- xüsusən də türkdilli ölkələrin də strateji əhəmiyyətə malik bir layihəsinə çevriləcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: «Əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün».
Burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının daha geniş mərkəzinə çevirəcək. Xatırladaq ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir.
Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Bir sözlə, Zəngəzur dəhlizi yeni geosiyasi inkişaf layihəsidir və məhz buna görə də beynəlxalq aləm Ermənistanı bu dəhlizin açılmasına məcbur edəcəkdir.
ADBTİA SAĞLAM VƏ TƏHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİNİN YARADILMASI ÜZRƏ İLİN ƏN YAXŞI MÜƏSSİSƏSİ SEÇİLİB
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2020-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” adı uğrunda elan edilmiş müsabiqəyə yekun vurulub.
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə əsasnaməyə uyğun olaraq, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan bütün təşkilatlar təftiş edilib. Kollektiv müqavilədə əməyin mühafizəsi və əmək şəraiti, işəgötürənin vəzifələrini yerinə yetirməsi, əməyin yaxşılaşdırılması və təhlükəsizliyinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, ictimai müvəkkillərin və səlahiyyətli nümayəndələrin apardığı yoxlamalar, əməyin mühafizə xidməti, işçilərin həyatına və sağlamlığına təhlükə törədən işlərin, aradan qaldırılması üçün müəssisənin gördüyü işlər, işçilərin normalara müvafiq sanitar-məişət xidmətləri ilə təmin olunması, covid-19 pandemiyası ilə əlaqədar görülmüş tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müsabiqənin qalibi elan olunub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2020-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası tərəfindən fəxri diplomla təltif edilib.
Tədbirdə Azərbaycan Mədəniyyət İşçilrəri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası "Əməyin mühafizəsi" şöbəsinin müdiri Vladimir Arqutkin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Rizvan Əliyev və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Quliyev və başqaları iştirak ediblər.
ADBTİA BÖYÜK BRİTANİYANIN LİVERPOOL JOHN MOORES UNİVERSİTETİ İLƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIB
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR