xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İşğaldan azad edilmiş ərazilərdəki qoruqların sahəsi açıqlandı - RƏSMİ

28-04-2021, 11:27 45 dəfə baxılıb

İşğaldan azad edilmiş ərazilərdəki qoruqların sahəsi açıqlandı - RƏSMİ


İşğaldan azad edilən ərazilərdə olan dövlət təbiət qoruğu və dövlət təbiət yasaqlığının sayı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var:

İşğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu - Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var:

“Bundan başqa ərazidə Laçın, Daşaltı, Arazboyu və Qubadlı dövlət təbiət yasaqlıqları var. Bunların ümumi sahəsi 43 min hektardır. Laçın və Qubadlı ərazisinə görə ən böyükləridir. Hər birinin ərazisi 20 min hektardır. Arazboyu 2 200 hektar, Daşaltı 450 hektardır".

“Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi