xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir

3-03-2021, 13:32 78 dəfə baxılıb

Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, sözün həqiqi mənasında, dünyada möhtəşəm rezonans yaratmışdır. Tədbirin möhtəşəmliyi iştirak edən mətbuat nümayəndələrinin sayına, müddətin saatlarla çəkməsinə, jurnalistlərin sayına və verilən sualların sayına görə deyildi. Mətbuat konfransında 35 ölkəni təmsil edən jürnalistlər 4 saatdan cox bir müddətdə dövlət başçımıza 50-dən cox sual verdilər. Bu sualların əksəriyyəti, məhz regiondakı bugünkü reallıq barədə idi. Azərbaycan-Türkiyə və Türkiyə-Ermənistan münasibətləri barədə verilən suallar isə bugünkü realləqla yanaşı, tarixi reallıqları da əhatə edirdi. Bu həm də qalib ordunun müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin təvazökarlığına, sadəliyinə,səmimiyyətinə, bütün suallara dəqiq və əhatəli cavablandırmasına görə idi. Dünya mətbuatının nümayəndələri cənab Prezidentdən artıq tamamilə həll edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, onun aradan qaldırılması üçün aparılan 30 illik mübarizə, ölkəmizin Türkiyə Cümhuriyyəti, Rusiya, İran və digər ölkələrlə əməkdaşlıq çarədə çoxsaylı suallar verərək, dəqiq məlumat ala bildilər. Noyabr ayının 10-da imzalanmış üçtərəflı bəyanatda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti öz əksini tapmışdır. Bəyanatda dəqiq göstərilib ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olmalıdir. Ölkəmiz öz vəsaiti hesabına bu mərkəzi Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratmışdır. Orada bütün şərait vardır. Mərkəzin əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə etməklə monitorinq aparmaqdır. Belə ki, bu Mərkəzin fəaliyyətə başlaması çox şhəmli hadisədir. Bu bölgəmizdə sülhün və sabitliyin qorunması üçün cox önəmli addımdır. Türkiyə müharibənin ilk günlərindən, cox müsbət davranış göstərmişdir. Bu davranlş sülhə, sabitliyə hesablanmış davranış idi. Həm də bizim haqq işimizə dəstək idi. Bu dəstəyi Türkiyənin Prezidenti, müdafiə naziri, xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin sədri və digər rəhbər şəxslərdən gördük. Belə ki, Türkiyə Prezidenti müharibənin ilk dünündən açıqlama verdi ki, biz Azərbaycanın yanındayıq, Azərbaycan tək deyil. Bu bir cox ölkələrə bir mesaj oldu. Yəni sizlər kənarda durun, Azərbaycanin haqq işinə mane olmayın. Qardaş ölkə rəsmilərinin belə dəstəklərlə çıxış etmələri, bizi gücləndirdi və qələbə əzmimizi artırdı.
Salyan Poçt filialının direktoru Əliağa Mustafayev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi