xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycan Mərkəzi Bankından Ermənistan üçün ianə toplayan Rusiya bankına sərt ETİRAZ

13-10-2020, 15:22 57 dəfə baxılıb

Azərbaycan Mərkəzi Bankından Ermənistan üçün ianə toplayan Rusiya bankına sərt ETİRAZ


Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”ın iştirak faktı aşkarlanıb.
Bu barədə məlumat Mərkəzi Bank tərəfindən verilib.

Bank tərəfindən aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, sözügedən yardımlar “Sberbank”da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda “Donation We and our borders”, “Финансовая помощь Мы и наши границы”, “Арцах” və ya “Artsakh” təyinatları adı altında həyata keçirilir.

Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də “Sberbank”a sərt etiraz məktubu göndərilib.

Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində “Sberbank”ın iştirakına qətiyyətlə etiraz edilib.

“Sberbank”da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və “Sberbank”ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilib.

Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, “Sberbank” kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanıb.

Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi