Mirsalam Qənbərov — Dövlət Ekspertiza İdarəsinin Peşəkar Rəhbəri və İctimaiyyətin Etimadını Qazanmış Dövlət Xidməti Nümayəndəsi

Mirsalam Qənbərov — dövlət idarəçiliyi sahəsində peşəkarlığı, prinsipiallığı və nümunəvi idarəetmə bacarığı ilə seçilən, uzun illər ərzində topladığı təcrübəsini ölkəmizin inkişafı naminə səfərbər edən görkəmli rəhbərdir. O, hazırda Dövlət Ekspertiza İdarəsinin rəisi kimi, idarənin fəaliyyətini müasir tələblərə uyğun şəkildə təşkil edir, şəffaf, obyektiv və nəticəyönümlü iş prinsiplərini həyata keçirir.
Mirsalam Qənbərovun rəhbərliyi altında Dövlət Ekspertiza İdarəsi, layihə və sənədlərin keyfiyyətli ekspertizasını aparmaqla yanaşı, dövlətimizin infrastruktur və sosial layihələrinin daha səmərəli, təhlükəsiz və uzunömürlü şəkildə həyata keçirilməsinə mühüm töhfə verir. Onun məqsədyönlü idarəetmə üslubu, həm işçi heyətində, həm də ictimaiyyətdə etimad və hörmət qazanıb.
Peşəkar fəaliyyəti ilə yanaşı, Mirsalam Qənbərov yüksək vətənpərvərlik ruhu və humanist mövqeyi ilə də tanınır. O, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir, onların sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif təşəbbüslərə dəstək verir. Onun bu fəaliyyəti həm dövlət qulluğunda, həm də şəxsi həyatında humanist dəyərlərə sadiqliyinin göstəricisidir.
Mirsalam Qənbərov eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların və dövlət siyasətinin sadiq dəstəkçisidir. O, ölkəmizin inkişafı, şəffaf idarəetmə, sosial rifahın yüksəldilməsi və hüquqi dövlət quruculuğu istiqamətində aparılan tədbirləri yüksək qiymətləndirir və öz rəhbərlik etdiyi idarədə bu prinsipləri ardıcıl olaraq tətbiq edir.
Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov — peşəkarlığı, idarəçilik bacarığı, yüksək mənəvi keyfiyyətləri və vətənə sədaqəti ilə seçilən, dövlət xidmətinin nümunəvi simalarından biridir. Onun fəaliyyəti, həm idarəetmə keyfiyyətləri, həm də vətəndaşlara göstərdiyi münasibət baxımından gənc dövlət qulluqçuları üçün əsl örnəkdir.
Avqustun 12-si Xəzər Günüdür
2006-cı ilin bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.
Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.
Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.
2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.
Xəzər dənizində səviyyə üzərində instrumental ölçmələr 1840-cı ildən başlayaraq aparılır. Ötən dövr ərzində ən yüksək səviyyə 1882-ci ildə (Baltik Sistemində −25.2 metr), ən aşağı səviyyə isə 1977-ci ildə (−29.0 metr) qeydə alınıb. Səviyyənin tərəddüd amplitudası 3,8 metr təşkil edib.
XX əsrdə səviyyə dəyişkənliyinin az olduğu üç uzun dövr ayırd edilir. Birinci dövrdə (1900−1929) səviyyə demək olar ki, sabit qalıb və -26.3 metr ətrafında az dəyişib. İkinci dövrdə (1930-1977) səviyyə monoton olaraq düşüb, 1930-1938-ci illərdə azalma 1.75 metr təşkil edib, 1977-ci ildə isə ilk dəfə -29.0 metrə çatıb və bu illərdə dənizin sahəsi 48 min kvadrat kilometr kiçilib. Üçüncü dövrdə (1978-1995) səviyyənin kəskin qalxması (2.0 metr) müşahidə edilib.
XX əsrin axırı, XXI əsrin ilk onilliklərində səviyyə yenidən enməyə başlayıb. 2020-2023-cü illərdə Azərbaycanın Xəzər sektorunda bu azalma 75 santimetr təşkil edib və 2024-cü il yanvarın 1-də səviyyə Baltik Sistemində -28.7 metr olub.
Çoxillik dövr ərzində səviyyənin dəyişməsinə təsir edən müxtəlif xarakterli amilləri dörd böyük qrupa bölmək olar: kosmogeofiziki qüvvələr, geoloji və geodinamik proseslər, hidrometeoroloji proseslər və antropogen amillər. Səbəb-nəticə əlaqələrinin təhlilinin nəticələrinə görə, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəyişkənliyi okean (Şimali Atlantik) - atmosfer - quru səthi (Volqa çayının hövzəsi) sistemində irimiqyaslı rütubət mübadiləsinin inteqral göstəricisidir. XX əsrdə səviyyə dəyişkənliyində Volqa çayı hövzəsində əmələ gələn çay sularının payı təxminən 64 faiz təşkil edib. Dənizə tökülən digər 130-a yaxın çayın, xüsusilə Kür, Ural, Terek və Sulak çaylarının axımı da nəzərə alınarsa, bu göstərici artaraq 70 faiz təşkil edər. Qalan 30 faiz isə digər amillərin başlıca olaraq, buxarlanmanın təsiri ilə izah edilir. Belə ki, Xəzər regionunda (dəniz və ona bitişik ərazilərdə) havanın orta illik temperaturu 1980–2020-ci illəri əhatə edən dövrdə monoton şəkildə hər il 0.030 °C, ümumilikdə isə 1.2 °C artıb və buxarlanmanı sürətləndirib.
Məlum olduğu kimi, ötən ilin noyabrında Azərbaycan mötəbər beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. COP29 çərçivəsində Xəzər dənizinin problemlərinə həsr olunmuş tədbirlər keçirildi. Həmçinin “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” də qəbul edildi.
Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov - Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və qarşılıqlı etimad mühitində keçirilən görüşlər regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri və sülh gündəliyinin irəlilədilməsi istiqamətində konkret addımların atılmasına zəmin yaradıb. Bu səfər həmçinin beynəlxalq müstəvidə dialoqun dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.
Hələ seçkilər ərəfəsində cənab İlham Əliyev çox ciddi proqnoz irəli sürmüş və Trampın seçiləcəyi ilə bağlı öz fikirlərini ifadə etmişdir. Daha sonra Şuşa Media Formunda cənab Trampla bağlı fikirlər səsləndirmiş və bu fikirlər Tramp tərəfindən sosial şəbəkə hesabında dərc olunmuşdur. Görüşdən əvvəl qarşılıqlı diplomatik jestlər əslində bu görüşün hansı formatda və mühitdə keçəcəyi haqqında fikir formalaşdırırdı. Proqnozlar düz çıxdı. Ermənistanın baş nazirinin reallıqları qəbul etməsi və başqa yolunun olmaması onun da bu sülhə razı olduğunu, canfəşanlıq etdiyini göstərdi. Hətta görüş əsnasında cənab Prezidenti dəfələrlə təsdiq etməsi və “heç bir əlavəm yoxdur” deməsi də həyəcanından xəbər verən amil idi.![]()
Qeyd etmək lazımdır ki, cənab Trampla cənab İlham Əliyev ilk dəfə qarşılaşır və münasibət qururdular. Amma ABŞ kimi nəhəng dövlətin başçısının Azərbaycan liderinə bu qədər isti, hörmət, etimad və ehtiramla yanaşması cənab Prezidentin şəxsi xarizmasından xəbər verən amildir. Tramp Azərbaycanın imkanlarını yaxşı bilir və deyə bilərəm ki, son illər istər hərbi, istər siyasi və istərsə də iqtisadi sferada əldə etdiyimiz uğurlarla biz dünya ictimaiyyətinin diqqətini çəkə bilmişik. Nəticədə ABŞ bizim illərdir yarımcıq qalan məsələmizi başa çatdıraraq gələcəkdə bizimlə çox sıx əməkdaşlıq etmək istəyir.
Ağ Evin açarlarının təqdim olunması isə ABŞ-ın görüşün gələcəyinə olan ümidindən xəbər verir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evdə təqdim etdiyi “Ağ Evin rəmzi açarı” ABŞ diplomatiyasında nadir hallarda verilən hədiyyələrdən biridir. Donald Tramp bu simvolik açarı prezidentliyi dövründə cəmi üç şəxsə təqdim edib: Benyamin Netanyahu, Taro Aso və Elon Musk. Ağ Evin “qızıl açarı” ABŞ siyasi mədəniyyətində nadir təqdim olunan simvolik hədiyyədir. Açar dərin diplomatik məna daşıyır, etimad, strateji tərəfdaşlıq və yüksək hörmətin nişanı sayılır. Hədiyyə simvolik olaraq Ağ Evin və ABŞ Prezidentinin “qapılarının” həmişə açıq olduğu mesajını verir. Siyasi analitiklərə görə, belə bir hədiyyə sadəcə protokol jesti deyil, həm də strateji mesajdır. Və bununla da Ağ Evin simvolik açarının Cənab Prezident İlham Əliyevə təqdim olunması, onun qlobal arenada nüfuzunun və ABŞ-Azərbaycan münasibətlərində etimadın ali göstəricisidir.
Vaşinqtonda olan görüşün əsas məqamlarını təhlil edərkən görürük ki, Azərbaycan çox böyük diplomatik və siyasi qələbə əldə etmişdir. Bu məqamda xatırlatmaq istərdim ki, bütün siyasi və diplomatik uğurların əsasında 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal anti-terror əməliyyatlarında şəhid olan oğullarımızın canı və sağlamlığını itirən qazilərimizin qanı dayanır. Yəni əgər biz döyüş meydanında belə şanlı zəfər qazanmasaydıq, heç vaxt siyasi təsiretmə qabiliyyətimiz bu qədər yüksək olmazdı.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Bu məsələ çox ciddi məsələdir. Belə ki, hər dövlətlə, xüsusi ilə ərazisi və əhalisi Azərbaycan kimi o qədər də böyük olmayan dövlətlərlə belə strateji tərəfdaşlıqlar yaratmır. Çünki ABŞ-ın o qədər böyük imkanları mövcuddur ki, ona lazım olanı digər subyektləri özündən kənarda saxlamaqla da əldə edir. Nəzərə alsaq ki, Azərbaycan NATO-nun 10 ölkəsi, yəni ABŞ-ın 10 tərəfdaşı ilə strateji əməkşlıq edir. O zaman ABŞ-ın bizimlə memorandumu imzalaması elə də təəccüblü olmamalıdır. Bu əməkdaşlıq həm böyük imkan, eyni zamanda böyük öhdəlik və məsuliyyətdir. Biz regionda ABŞ-ın strateji tərəfdaşı olmaqla böyük fürsətlər əldə edirik. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir.
Başqa bir vacib məsələ ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılmasıdır. 907-ci düzəliş faktiki olaraq Azərbaycana birbaşa maddi yardımların göstərilməsini qadağan edir və iki ölkə arasında münasibətlərin inkişafına əngəl törədirdi. Onun ləğv olunması isə strateji baxımdan mühüm əhəmiyyət daşıyacaq. Dəfələrlə Ulu Öndər Heydər Əliyev və daha sonra Prezident cənab İlham Əliyev bu düzəlişin haqqsız olduğunu bildirib. Ümumiyyətlə, nə üçün axı belə bir düzəliş Azərbaycan dövlətinə, xalqına qarşı tətbiq olunduğunu bilən varmı?! Axı Azərbaycan işğalçı deyil, Azərbaycan torpaqları işğal olduğu halda Ermənistana qarşı bu qədər humanist davranmaq ABŞ kimi bir dövlətin nüfuzuna yaraşmayan amil idi. 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində “Freedom Support Act” qanununun 907-ci maddəsinin tətbiqini tam dayandıran sənəd imzalandı. 907-ci düzəlişin ləğvi həm Azərbaycan-ABŞ münasibətləri, həm də Cənubi Qafqazda Azərbaycan-ABŞ-Ermənistan əməkdaşlığı üçün yeni imkanlar açacaq. Bu da təbii olaraq müsbət və strateji baxımdan əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər.
Xalqımızın yaddaşında bir faydasız qurum kimi qalan ATƏT-in Minsk qrupu artıq tarixin tozlu səhifələrində qaldı. Artıq münaqişə, iddiaları yoxdur. Nə üçün Minsk qrupu hələ də fəaliyyətini davam etdirməlidir. Bu şərt Azərbaycanın irəli sürdüyü və israr etdiyi məqamlardan biri idi. ATƏT-in Minsk qrupunun məntiqsiz və mənasız bir amil olaraq ləğv olunması labüd idi.
Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli prezidentinin iştirakı ilə sülh müqaviləsinin paraflanması özü artıq Azərbaycana qarşı olan böyük etimad və ehtiramın göstəricisidir. Cənab İlham Əliyevin bir nömrəli ofis və ən qüdrətli prezident sözlərini həm mətbuat konfransında, həm də yerli mətbuata müsahibəsində işlətməsi nə prezident Trampa tərif, nə də başqaların qarşı yönəlmiş bir addım idi. Birincisi, bu, reallıqdır. Son baş verən hadisələr açıq göstərir ki, ABŞ yenidən dünyadakı mövqeyini gücləndirir və onunla hesablaşmayanların sonu elə də yaxşı olmur. İkincisi isə bu, bir xəbərdarlıq idi. Bəli, Ermənistanın baş nazirinə və cəmiyyətinə! Bilirsiniz ki, paraflanma hələ tam sülh müqaviləsi deyil. Ermənistan Respublikasının ali qanununda Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır. Ən əsası isə bu millətin xarakterində dəyişkənlik və sözünün üstündə durmama kimi əlamətlər vardır. Cənab Prezident dünya ictimaiyyətinin gözü qarşısında diplomatik ustalıqla Paşinyan və Ermənistanı əgər razılaşmanı yerinə yetirməsə nələr gözlədiyini ifadə etdi.
SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Azərbaycan Cənubi Avropada ən əsas enerji təminatçısı kimi çıxış edir. Azərbaycan dünyada, hətta Suriyaya belə öz qazı ilə humanitar yardım edir. Azərbaycan öz enerji ehtiyyatlarını Ukraynadakı enerji böhranının aradan qaldırılmasında istifadə edir. Yəni, milli sərvətlərimiz milli maraqlarımız naminə və ümumdünya mənafeyi üçün təmkinlə və ağılla istifadə olunur.
Azərbaycan yalnız neft-qaz istehsal edən ölkə deyil. Azərbaycan tranzit ölkə kimi də yaratdığı imkanlar vasitəsilə bütün regionda neft-qaz istehsal edən ölkələr dünya bazarına rahatlıqla çıxa bilər. Bu fikri cənab Tramp “sizin böyük imkanlarınız var” deyərək təsdiq etmişdir. Bir sözlə, Azərbaycan özü inkişaf tempi ilə ABŞ-a, Aİ-na, hərbi gücü ilə isə NATO-ya nə yük olacaq, nə də problem yaradacaq. Əksinə, dəstək olacaq. Qərb bunu təhlil edib və sonda belə bir nəticəyə gəlib ki, Azərbaycanla münasibətlər labüddür, vacibdir və istisna olunmur.
Bu görüşdə həm də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Başqa sözlə Zəngəzur dəhlizi reallaşır. Azərbaycanın şərtləri qəbul olunur. Azərbaycan və İlham Əliyev döyüş meydanında qalib olduğu kimi siyasi sferada da zəfər çalır. Hər bir qalibiyyətin dünya tərəfindən, yəni dünyanın əksəriyyəti tərəfindən qəbul olunmasına ciddi ehtiyac vardır. 10 noyabr bəyannaməsi əldə etdiyimiz qələbənin qəbul olunması istiqamətində ciddi sənəddir. Lakin daha ciddi sülh müqaviləsinə ehtiyac var. Həmin bəyannamədə Naxçıvana gediş-gəlişin maneəsiz olması amili mövcuddur və Ermənistan 5 il əvvəl boynuna götürməyə məcbur olduğu bu öhdəliyi de-yure və de-fakto icra etmiş olacaq. Azərbaycanın diqtə etdiyi yol onun istədiyi qaydada açılır. Əslində mahiyyət etibarı ilə bu gün bu yolun nə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur. Əsas əldə olunan nəticələrdir. Bir də öncə cənab Prezident və xalqımız bu dəhlizin adını Zəngəzur dəhlizi qoyub. Deməli, sənədlərdə deyil qəlblərdə, könüllərdə, yəni de-fakto bu yolun adı Zəngəzur dəhlizidir. De-yure “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan yoldan Azərbaycan vətəndaşları çox rahat şəkildə “Azərbaycandan-Azərbaycana” prinsipi ilə maneəsiz gedəcəklər. Bu yolda Ermənistan sərhədçiləri, ordusu deyil, Amerikan şirkəti xidmət aparacaqdır.
Əlbəttə, imzalanan sənəddən sonra dövlət başçısının öz yaxın dostları ilə, qardaşı ilə əlaqə saxlamağı və məlumat verməyi çox təbiidir. Cənab İlham Əliyevin “bizim bir ailəmiz var, o da Türk Dünyası” fəlsəfi, ideoloji və siyasi fikri bir daha özünü təsdiq etmişdir. Türkiyə, Özbəkistan, Türkmənistan və Qazaxıstanın rəhbər şəxsləri ilə telefonda danışmağı və məlumat verməyi sübut edir ki, bizim yolumuz da və amalımız da birdir.
Əlbəttə, məqsədimiz heç də bütün dövlətləri razı salmaq deyil. Biz öz milli maraqlarımız üçün mübarizə aparırıq. Kimlərsə bizimlə eyni yolda eyni hədəflərə malikdirlərsə, biz onlarla əməkdaşlığa hazırıq. Məqsədimiz regionumuzda sülh və əməkdaşlıqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: