xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

30-04-2025, 09:45 7 dəfə baxılıb

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”


“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və iqtisadi cəhətdən tərəflər üçün çox faydalıdır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan-İran əməkdaşlığı regional sülhün qorunmasını və qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirən mühüm amillərdəndir. “Ölkə rəhbərlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan və İran Prezidentləri mətbuata birgə bəyanatla çıxış etmişlər. Öz çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir. Dövlətimizin başçısı İran Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin yüksək səviyyəsinin təzahürü olduğunu vurğulayıb. Qeyd olunmalıdır ki, bu gün Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edirlər.”
Fikirlərini davam etdirən K.Qafarov Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin mühüm istiqamətlərindən birinin də nəqliyyat və beynəxalq daşımalar sahəsi olduğunu vurğulayıb: “Məlum olduğu kimi, coğrafi baxımdan Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə yükdaşımalarında strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı və tamamlanması baxımından mühüm şərtdir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki, İran Prezidenti ilə keçirdikləri görüşlər zamanı üçtərəfli əməkdaşlıq layihələri müzakirə olunub və onların arasında Şimal-Cənub nəqliyyat dəhlizi önəmli yer tutur. Dövlətimizin başçısı vurğulayıb ki, bu layihə bütün iştirakçı ölkələr üçün çox səmərəli olacaq və böyük fayda verəcək. Öz növbəsində, Azərbaycan artıq öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda ölkəmiz sadəcə olaraq, gələcəkdə yüklərin həcminin artacağını nəzərə alaraq, öz nəqliyyat imkanlarını və infrastrukturunu genişləndirməklə məşğuldur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi