xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:43 – Azərbaycanda yeni qurum yaradıldı 
  • 12:27 – Prezidentdən sərəncam: Kompleks yaradılır 
  • 10:42 – İlham Əliyevlə Ərdoğanın Xankəndi dialoqu yada düşdü: Hotel açılışı... - VİDEO 
  • 15:30 – Prezident Xocalıya köçən ailənin qonağı oldu - Foto 

AZƏRBAYCANIN BEYNƏLXALQ ARENADA MÖVQEYİ

14-02-2025, 09:41 3 dəfə baxılıb

AZƏRBAYCANIN BEYNƏLXALQ ARENADA MÖVQEYİ


Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətinin əsas prioritetlərini, iqtisadi dayanıqlılığını və strateji əməkdaşlıq istiqamətlərini əhatə etdi. Bu müsahibə ölkəmizin son illərdə qazandığı uğurlar və gələcək hədəfləri haqqında mühüm mesajlar vermiş oldu.
Ölkəmizin son illərdəki ən böyük nailiyyəti suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası oldu. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həyata keçirildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, təxminən 30 il ərzində bu məsələ Azərbaycanın milli ideyası idi. Lakin beynəlxalq təşkilatlar və öhdəliklər öz təsirini göstərmədiyindən, Azərbaycan bu prosesi öz gücü ilə həyata keçirdi. Bu, qlobal arenada beynəlxalq hüquq prinsiplərinə hörmətin artırılmasının vacibliyini bir daha göstərdi.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən bəri güclü və özünü təmin edən iqtisadiyyat qurmağa nail olub. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6,9 faiz təşkil edir ki, bu da ölkənin iqtisadi dayanıqlığını nümayiş etdirir. Bunun sayəsində Azərbaycan regionda strateji bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirir və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir. İqlim konfransı (COP29) kimi qlobal tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Eyni zamanda, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurlu sədrliyi Azərbaycanın beynəlxalq diplomatiyada güclü oyunçu olduğunu sübut edir.
Azərbaycan uzun illərdir Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük müzakirələrini davam etdirir. Lakin bəzi proteksionizm siyasətləri və tarif məsələləri prosesin ləngiməsinə səbəb olur. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilata üzvlük məsələsinə ehtiyatla yanaşdığını və üstünlüklərlə yanaşı, zəif tərəfləri də qiymətləndirdiyini qeyd edib. Xüsusilə, Azərbaycanın yerli istehsalçılarını qorumaq və iqtisadi sabitliyi təmin etmək üçün üzvlük prosesində maksimum müsbət şərtlər əldə etməyə çalışdığı bildirilir.
Keçən il Azərbaycan və Çin rəsmi olaraq strateji tərəfdaşlıq üzrə Bəyannamə imzaladılar. Bu, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Strateji tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı etimad və əməkdaşlıq deməkdir və Azərbaycanın qlobal siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın Çinlə ticarət və iqtisadi əməkdaşlığını genişləndirmək istəyi gələcək perspektivlər baxımından əhəmiyyətlidir.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusunda deyil, dialoq üzrə tərəfdaşdır. Bu, ölkəmizin təşkilatla daha sıx əlaqələr qurmaq niyyətini nümayiş etdirir. ŞƏT və BRICS-in bütün üzv ölkələrinin Azərbaycanla dost münasibətləri var. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi və nəqliyyat-logistika infrastrukturu Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır.
Azərbaycan iqlim məsələlərində Qlobal Cənubun maraqlarını müdafiə edərək, COP29 zamanı Qlobal Cənub və Qlobal Şimal arasında etimadı artırmaq üçün platforma yaratmağa çalışır. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, bu gün təkcə iqlim məsələlərində deyil, digər beynəlxalq problemlərdə də Qlobal Cənub və Şimal arasında qarşılıqlı etimadın artırılmasına ehtiyac var.
Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətindəki strateji istiqamətləri, iqtisadi müstəqilliyini və qlobal miqyasda təsir gücünü bir daha nümayiş etdirdi. Ölkəmiz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda və dünyada mühüm tərəfdaşlıqlar qurmağa, iqtisadiyyatını şaxələndirməyə və qlobal siyasətdə aktiv rol oynamağa davam edir. Azərbaycanın diplomatik uğurları və strateji addımları ölkəmizin dünya siyasi və iqtisadi xəritəsindəki mövqeyini daha da möhkəmləndirir.

Bakı Qızlar Universiteti tələbəsi Şəhla Zeynalova
Nəsimi rayon gənci






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi