Bəxtiyar Bəşirov: Glass House bu gün şüşə emalı və müxtəlif növ şüşə məhsulları istehsalı sahəsində Azərbaycanda ən böyük zavod olmaqla ən müasir texnoloji avadanlıqlarla yeniləyir
1-11-2024, 12:57
11 dəfə baxılıb

Glass House -2000-ci ildən dünyanın müxtəlif ölkələrindən tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlamıışdır. 2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır. 2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.
2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başlamışdır.
2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paket xətti istismara verildi. Hal hazırda istehsalatımızda bununla yanaşı İtalyanın "FOREL" kompaniyasından əldə edilmiş ikinci avtomatik paket xətti fəaliyyət göstərir. Glass House bu illər ərzində istehsalat sahəsini daha da genişləndirərək, bir çox yeni avadanlıqlar,o cümlədən müasir arxitekturanın tələblərinə cavab verən yeni CAMBO( JUMBO) ölçülü temper və kəsim xətti əldə etmişdir.
Eləcədə 2019 cu ildə İtalyanın “Giardinagroup” şirkətinin boya avadanlıgı əldə etməklə artıq orqanik və keramik boyalı şüşələrin istehsalına başlamışdır.
Biz artıq göydələnlər, hava limanı, stadion, bank, ticarət mərkəzləri və sairə kimi istənilən mürəkkəb arxitektura üçün müxtəlif növ şüşə və şüşə paketlər istehsal edirik.
Glass House bu gün şüşə emalı və müxtəlif növ şüşə məhsulları istehsalı sahəsində Azərbaycanda ən böyük zavod olmaqla yanaşı daima istehsal avadalıqlarını ən müasir texnoloji avadanlıqlarla yeniləyir.
“Glass House” şirkətinin rəhbəri Bəxtiyar Bəşirov - Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezident İlham Əliyevin səfər çərçivəsində Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri oldu. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi. Əsas diqqət göstərilən məsələlərdən biri məhz ölkəmizin gələn ay COP29-a ev sahibliyi oldu. Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Builki Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Yeni üzvlər üçün "tərəfdaş dövlət” statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha genişmiqyaslı təşkilat olmasına imkan verəcək. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika tərəfindən təsis edilən BRICS-ə daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya qoşulub. 2024-cü ildə bu təşkilatda sədrlik Rusiyaya keçib. BRICS Sammitinin gündəliyi təşkilatın bütün digər üzvlərinin maraqlarının üst-üstə düşdüyü iqtisadi məsələlərlə zəngindir. Hazırda on ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən BRICS-in Kazan Sammitinin dünya geosiyasətinin mərkəzi hadisəsinə çevriləcəyi gözlənilir. Belə ki, 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib. Bunlar Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır.
Dövlətimizin başçısı sözügedən Sammitdəki çıxışında da bu məqamı xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR