xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Bakıda erməni dili kursunun təşkilinə başlanılır

15-09-2020, 12:11 95 dəfə baxılıb

Bakıda erməni dili kursunun təşkilinə başlanılır


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) növbəti - ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir.
Mərkəzdən “Report”a verilən məlumata görə, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.
Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün son tarix sentyabrın 25-idir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur.

Dərslər sentyabrın 30-da başlayacaq. Kursun altı ay müddətində davam etməsi nəzərdə tutulub. Dərslər həftənin çərşənbə günü BMTM-də və şənbə günü onlayn şəkildə keçiriləcək. Hər ayın son dərsində test imtahanı və kursun son dərsində biliklərin qiymətləndirməsinə dair yekun imtahan təşkil olunacaq. Üzrsüz səbəbdən dərsə iki dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi