xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycanda məktəbli formaları UCUZLAŞDI

11-08-2025, 13:18 3 dəfə baxılıb

Azərbaycanda məktəbli formaları UCUZLAŞDI


İyulun ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarında endirimli qiymətlər tətbiq edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Tikiş Evindən məlumat verilib.

Mərkəzin şöbə müdiri Etibar Əzimov qeyd edib ki, artıq valideynlər forma alışını daha sərfəli qiymətlərlə həyata keçirə bilərlər.

Sorğumuza cavab olaraq bildirilib ki, qısaqol köynəklərin qiyməti 12 manatdan 8 manata endirilib ki, bu da təxminən 33 faizlik endirim deməkdir.

Şöbə müdirinin sözlərinə görə, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə əvvəlki 30 manat əvəzinə 20 manata təklif olunur:

"Bütün geyimlər Bakı Tikiş Evinin rəsmi satış mərkəzlərində təqdim olunur. Valideynlər internet üzərindən özlərinə yaxın satış məntəqələrini müəyyən edərək məktəbli formalarını rahat şəkildə əldə edə bilərlər. Satılan bütün formalar 1 il zəmanətlə təklif olunur".

E.Əzimov həmçinin söyləyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli köynəkləri 100 faiz pambıqdan hazırlanıb:

"Köynəklər üçün nəzərdə tutulmuş parça Özbəkistandan, digər geyimlərin materialları isə Türkiyə və Belarusdan gətirilir. Məhsullar sertifikatlıdır və keyfiyyətinə tam zəmanət verilir.

Valideynlərə xəbərdarlıq edirik ki, mənşəyi məlum olmayan, sertifikatsız və təsadüfi satış mərkəzlərindən məktəbli forması almasınlar. Belə geyimlər uşaqlar üçün sağlamlıq baxımından təhlükəli olar bilər ki, bu da dəri xəstəliklərinə və digər problemlərə səbəb ola bilər",- deyə BTE-dən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi