xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 22:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 
  • 13:01 – PA rəhbəri də səs verdi - Fotolar 
  • 12:54 – Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib 
  • 10:53 – Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı 

Fərxan İsmayılov: Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunurlar

5-08-2021, 13:20 175 dəfə baxılıb

Fərxan İsmayılov: Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunurlar



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi rəisinin müavini Fərxan İsmayılovdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi rəisinin müavini Sərxan müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fərxan İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fərxan İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Sərxan müəllimdən danışdılar yaxşı ki, Fərxan İsmayılov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi rəisinin müavinidir… Fərxan İsmayılov öz isguzarlığı ilə tanınır və seçilir….

Fərxan İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fərxan İsmayılovu heç vaxt əqidəsindən döndərə bilməz.

Fərxan İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fərxan İsmayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fərxan İsmayılov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fərxan İsmayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fərxan İsmayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fərxan İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fərxan İsmayılov özünü doğruldub. Bizdə hörmətli Fərxan İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi rəisinin müavini Fərxan İsmayılov - Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə göstərilən dövlət qayğısı ilbəil artır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə xeyli fərman və sərəncamlar imzalanıb. Bu da ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri, eyni zamanda öz sağlamlığını itirmiş, yaralanmış qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunurlar.

İndiyə qədər dövlətimiz tərəfindən müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses bugündə davam edir. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, bu illər ərzində ümumilikdə onlara 7200 avtomobil verilib. Son bir il ərzində özünüməşğulluq proqramı çərçivəsində 5 min nəfər şəhid ailələrinin üzvləri və müharibə veteranları işlə təmin olunublar.

Göründüyü kimi, Azərbaycanda sosial sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Aparılan sosial siyasətin əsasında vətəndaş dayanır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Əhalinin sosial müdafiəsinin təmin edilməsi dövlətin üçün prioritetdir.

Vətən müharibəsində Azərbaycan üç minə yaxın şəhid verdi. Bizim şəhidlərimiz haqq yolunda, Vətən uğrunda həlak oldular. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. 44 günlük müharibənin nəticələri bütün dünyada Azərbaycana olan hörmət və nüfuzu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycanın həyata keçirdiyi “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində düşmən ordusu məğlub edilərək dağıldı. Azərbaycan bu yumruqla erməni təcavüzkarına sarsıdıcı zərbə endirdi və Ermənistan çox sayda ölü və yaralı verərək təslim olmaq məcburiyyətində qalıb kapitulyasiya aktına imza atdı. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qısasını döyüş meydanında alındı.

Beləliklə göründüyü kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizamlı və güclü ordu quruculuğu

siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.

Hazırda ölkəmizin qarşısında dayanan əsas vəzifə Qarabağda dinc və sivil həyata təminat verən böyük quruculuq və yenidənqurma işlərini həyata keçirməkdir. Erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalmışdır. Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır. Artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb. Dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi