xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Flora Kərimovadan Kamil Zeynallının həbsinə SƏRT REAKSİYA

14-05-2020, 11:19 62 dəfə baxılıb

Flora Kərimovadan Kamil Zeynallının həbsinə SƏRT REAKSİYA


“Bu əmələ nə kor olmaq olar, nə də lal!”.

Bu sözləri Xalq artisti Flora Kərimova instaqram səhifəsində tanınmış idmançı Kamil Zeynallının həbs olunmasına münasibət bildirərkən deyib.

Xalq artisti Kamilin karantin qaydalarını poduğuna görə həbs olunmasına belə etiraz edib: “Nərimanov Rayon Məhkəməsi Kamil Zeynallının 10 sutka həbsinə qərar verib. Düşündünüzmü, bu addımı atanda siz neylədiniz? Bu əməlinizlə bir daha məhkəmələrə, hakimiyyətə, dövlət başçısına olan inamı kölgə altına aldınız! “Karantin qaydalarını pozub” – tutaq ki, pozub. Nəyə görə pozduğunu olmaya bilmirsiniz?! Həyatını riskə atıb, balasını, ailəsini evdə qoyub günü-güzəranı ac insanların yardımına gedib. Görəsən, kimin yolunu kəsirdi, kimin “nüfuzunu” üstələyirdi ki, bu sifarişə qol qoyuldu? Kamil, bəlkə də, çoxlarına ayna idi. Əgər siz eybəcərsinizsə, aynanı sındırmağınız sadəcə acizliyinizdir.

Heç içiniz sızlamadı, o balasına deyəndə ki, “atan Turkiyəyə gedir, 10 günə qayıdacaq?!” Budur sizin ədalətiniz?! Torpaq qaçmadı ayağınızın altından? Niyə Kamil kimi oğlun bioqrafiyasında məhkumluq ləkəsi olmalıdır? Başqa qərar tapa bilmədiniz? Kimə dərs keçdiniz bu əməlinizlə? Siz tək onun anasını, xanımını, bir qız övladını gözüyaşlı qoymadınız. İmdadlarına qaçdığı körpələri gözüyaşlı, ayaqyalın, ac qoydunuz! Yüzlərlə gözü yolda qalan ailələrin ümüdünü puç etdiyinizi, bilmədinizmi? Kamilin Kişiliyini özünə örnək bilənləri də onunla birgə həbs etdiyinizi, bilmədinizmi? Siz bu əməlinizlə birbaşa dövlətçiliyə, dövlət başçısının və xanımının xalqa müraciətində yardım edənlərə təşəkkürünə üz çevirmədinizmi?

Kişilik mərdlikdir, mərdanəlikdir. Kişilik dönməzlikdir. Kişilik vicdanlı olmaqdır! Təəssüf ki, belə situasiyada bu sütunlar əriyir!

Bilirsiz, məni ən çox üzən nədir? Kamilin tutulmağı deyil. Kamil kişi kimi girdi o türməyə, kişi kimi də çıxacaq. Kamil oraya bir girdisə, yüz çıxacaq. Ancaq siz bu əməlinizlə Kamilin yolunu getmək istəyənlərə qorxaqlığı, çəkingənliyi, balağaltından çıxmamağı aşıladınız! 80 yaşın içindəyəm. Qadınlığımla kimdənsə nə qorxacağım, nə də umacağım var! Amma görürərəm bu yaşımda məni vətəndaş kimi utandırmağı bacardınız!”.

Xatırladaq ki, Kamil Zeynallı karantin rejimi qaydalarını pozduğuna görə 10 sutka inzibati həbs edilib. /Yeniavaz.com/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi