xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Əməkdar artistin başında şiş tapılıb — “Övladımı bacıma əmanət elədim”

17-10-2019, 09:50 52 dəfə baxılıb

Əməkdar artistin başında şiş tapılıb — “Övladımı bacıma əmanət elədim”

Əməkdar artist Sevinc Sarıyeva yaşadığı ağır xəstəliklərdən danışıb.
Lent.az xəbər verir ki, ifaçı “Şou ATV” verilişində bildirib ki, illərlə ölümlə üz-üzə qalıb:

“Həyatın ağ və qara günləri var. Yenidən həmin günləri yaşamaq istəmirəm. Ölümdən yox, övladımın tək qalacağından qorxdum. Başımdan, ayağımdan ağır əməliyyatlar keçirmişəm. Başımdan keçirdiyim əməliyyat mənə həqiqətən də böyük zərbə vurdu. Diaqnoza görə, başımda şiş var idi. Bunu hər kəsdən gizlətdim. Əsəb və yaddaş pozğunluğum əmələ gəlmişdi. Hətta bir dəfə konsertdə mahnının sözləri yadımdan çıxdı. Səsim də tutulmuşdu. İnsanları tanımırdım, adi bir səsləri də tanımırdım.
Beynimin qapağı götürüləcəkdi, daha sonra dedilər ki, burun hissədən əməliyyat olacaq. Beynimdə damar əməliyyatı keçirdim. Həmin vaxt övladımı bacıma əmanət elədim. Allah məni balama bağışladı. Torpağını itirmək, atanı əsir vermək, insana əsəb gətirir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi