xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Baş infeksionistdən koronavirusla bağlı — ŞAD XƏBƏR

14-05-2020, 22:52 47 dəfə baxılıb

Baş infeksionistdən koronavirusla bağlı — ŞAD XƏBƏR


“Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.
Bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib: Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir: “Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır. Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun birinci dalğası çox şükür yüngül oldu. Deməyim odur ki, vəziyyət stabildir. O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”. Qazet.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi