xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

ŞAD XƏBƏR: Ayın 1-dən ödəmələrə başlanılır...

16-04-2020, 14:12 54 dəfə baxılıb

ŞAD XƏBƏR: Ayın 1-dən ödəmələrə başlanılır...

Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.
Bununla bağlı "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə 69.1-ci maddənin əlavə edilməsi təklif olunur.

Sənədin 73-cü maddəsinə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1 ildən 5 ilədək – 21 manat miqdarında, 5 ildən 10 ilədək – 24 manat miqdarında, 10 ildən 15 ilədək – 27 manat miqdarında, 15 ildən 20 ilədək – 30 manat miqdarında, 20 ildən 25 ilədək – 39 manat miqdarında, 25 ildən 30 ilədək – 45 manat miqdarında, 30 ildən yuxarı – 60 manat miqdarında.

Qanun layihəsində isə bildirilir ki, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:

1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində,

5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində

10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində.

Qanun layihəsi Milli Məclisdə təsdiqlənəcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən hesablanmaqla tətbiq edilməyə başlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi