xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Pensiya ödənişləri niyə artıb? - AÇIQLAMA

13-08-2025, 12:53 4 dəfə baxılıb

Pensiya ödənişləri niyə artıb? - AÇIQLAMA


"Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 miilyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib".

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır: "Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə, pensiya xərclərinə birbaşa təsir göstərib.

Pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan, bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub".

Deputat qeyd edib ki, digər tərəfdən, bu ilin geridə qalan aylarında pensiya təyinatları da davam etdirilib:

"Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri isə 4,8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi