xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Daha çox maaş ala bilərik - Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik olacaq?

17-09-2024, 12:10 1 dəfə baxılıb

Daha çox maaş ala bilərik - Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik olacaq?


Saatlıq əməkhaqqı sisteminə keçid çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aylıq əməkhaqqı rejimindən saatlıq əməkhaqqına keçid imkanı müzakirə edilib.

"Müzakirələr tamamlandıqdan və bu istiqamətdə mexanizm hazır olduqdan sonra artıq saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər. Saatlıq əməkhaqqının müəyyən üstün tərəfləri var. Çünki bu, əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.

Əsas üstünlüklərindən biri ondan ibarətdir ki, işçinin əməyinin daha düzgün qiymətləndirilməsinə şərait yaradır. Həm də işçi iş saatlarından sonra işləyirsə və ya şənbə, bazar, bayram günlərində işə çıxıbsa, onun əməkhaqqına iş saatına uyğun olaraq vəsait hesablanıb maaşına əlavə edilir.

Bu halda vətəndaşlarımız daha çox əməkhaqqı ala bilər. Bu mexanizm tətbiq olunacağı halda əmək hüquqları da daha yaxşı qoruna bilər. Saatlıq əməkhaqqı, təbii ki, zaman tələb edən bir prosesdir. Bunun üçün mexanizmin tam öyrənilməsi və tətbiq imkanlarının araşdırılması, eyni zamanda, biznes sektorunun prosesə tam hazırlığı önəmlidir.

Ona görə də özəl sektorun bu istiqamətdə imkanları və saatlıq əməkhaqqına keçid potensialı nəzərə alınmalıdır. Azərbaycanda saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər", - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi