xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək? - AÇIQLAMA

6-12-2021, 13:30 51 dəfə baxılıb

Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək? - AÇIQLAMA


Noyabrın 30-da Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və xəsarət alanlara təyin olunan sığorta ödənişinin həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsaliyev məlumat verib.

“Həmin qəzada 14 hərbçimiz şəhid olub, 2 hərbçimiz xəsarət alıb. Bu cür hadisələr Azərbaycan Respublikasının Hərbi Qulluqçuların İcbari Şəxsi Sığortası haqqında qanunla tənzimlənir. Bununla əlaqədar sığorta ödənişləri nəzərdə tutulur. Ödənişlər Azərbaycan Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir.

Şəhidlərin vərəsələrinə birdəfəlik 11 min manat, xəsarət almış hərbçilərimizə isə üç qrup əlillik dərəcəsinə görə I qrup əlillik dərəcəsi üzrə 8 800 manat, II qrup əlillik dərəcəsinə görə 6 600 manat, III qrup əlillik dərəcəsi üzrə 4400 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub. Əlillik dərəcəsi yoxdursa, iki kateqoriya üzrə - xəsarət hallarına görə ağır xəsarət almış hərbçilərə 2700 manat, yüngül xəsarət almış hərbçilərə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi