xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO

24-06-2021, 10:42 39 dəfə baxılıb

Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO


Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər.

"Xəzər TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150 nəfərə qədər şəxsin iştirakı mümkün deyil. Bu cür məclislər yalnız 50 nəfər üçün nəzərdə tutulub.

Elşad Hacıyevin sözlərinə görə, həyatyanı sahədə keçirilən məclislərdə hər hansı bir qanun pozuntusu qeydə alınarsa, həm toy yiyəsi, həm də qonaqlar cərimələnəcəklər.

Vətəndaşlar isə deyirlər ki, hazırda restoranlar menyuları çox baha qiymətə qoyublar. Əvvəllər 30-40 manata olan menyu indi 60-70 manata və daha baha qiymətə təklif olunur. Ona görə də hazırkı məqamda bütün şərtləri qəbul edib, həyətyanı sahədə toy etmək daha sərfəlidir.

Qeyd edək ki, bu məclislər üçün başqa heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin qonaqlar sıxlıqdan çəkinməli, pandemiya qaydalarına maksimum əməl etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi