xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Baş Prokurorluqda — YENİ TƏYİNATLAR

18-05-2020, 14:27 48 dəfə baxılıb

Baş Prokurorluqda — YENİ TƏYİNATLAR


Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi, o cümlədən kadrlar işinin səmərəliliyinin artırılması məqsədilə işlər davam etdirilir. Xəbər verildiyi kimi, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən eyni zamanda prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı ilə təltif edilən həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət edilərək onlara Fəxri Fərmanlar təqdim edilmişdir. Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkür etmişdir.

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə etmişlər.

Prokurorluq orqanlarında fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə kadr islahatları aparılmışdır.

Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad edilərək Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər.

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.


Baş Prokurorluqda — YENİ TƏYİNATLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi