xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Yeni Baş prokuror ilk çıxışını etdi

1-05-2020, 12:03 90 dəfə baxılıb

Yeni Baş prokuror ilk çıxışını etdi


Yeni Baş prokuror Kamran Əliyev bundan sonra prokurorluğun qarşısında duran əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi.

Milli Məclisdə çıxış edən K. Əliyev ilk olaraq ona yüksək etimad gösətridiyinə görə Azərbaycanın siyasi rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə və millət vəkillərinə minnətdarlığını bildirib.
K.Əliyev bildirib ki, ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahatlar məhkəmə-hüquq sistemindən də yan keçməyib və bu sahədə də islahatlar həyata keçirilib. Dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanlarında da islahatlar həyata keçirilib və nəticədə professional kadr bankı formalaşıb. Həyata keçirilən islahatlar prokurorluq orqanları qarşısında da mühüm vəzifələr qoyur”- K.Əliyev bildirib.

O deyib ki, bundan sonra prokurorluq orqanları fəaliyyətlərini 8 əsas istiqamət üzrə davam etdirəcək.

O deyib ki, prokurorluq orqanları cinayətkarlığa qarşı ciddi mübarizə aparacaq, bu istiqamətdə DİN və DTX ilə birgə fəaliyyət göstərəcək, özəl və dövlət sektorunda korrupsiyanın qarşısının alınması, kölgə iqtisadiyyatına, vergi və gömrük sahəsində, məhkəmələrdə balanslaşdırılmış və humanism prinsiplərinə əməl olunması, beynəlxalq əlaqələrin qurulması istiqamətində quracaq.

K.Əliyev onu da bəyan edib ki, bu yüksək tribunadan prokurorluq orqanları bundan sonra üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək, dövlət və xalqa ləyaqətlə xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi