xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

“Bu, Azərbaycanın gücünün bütün dünyaya nümayişi idi”

24-09-2024, 10:15 0 dəfə baxılıb

“Bu, Azərbaycanın gücünün bütün dünyaya nümayişi idi”


Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra nailiyyətlərə imza atmağa müvəffəq olub. Müstəqil siyasət yürüdən Azərbaycan beynəlxalq və regional təzyiqlərə baxmayaraq demokratik inkişaf yolunu hədəf seçib. Məqsədinə nail olmaqdan ötrü çoxsaylı təzyiqlərə sinə gərərək müstəqilliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra dövlətçiliyin möhkəmləndirilməsi, milli və ideoloji təhlükəsizliyin təmin edilməsi, milli iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri prioritet elan etdi. Qətiyyətli və şaxələndirilmiş xarici siyasət nəticəsində qısa zaman ərzində Azrbaycan Respublikasının beynəlxalq imicini formalaşdıra bildi. Ən əsası xalq-iqtidar-ordu birliyinə nail olan dövlət başçısı ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etdi.

Azərbaycan xalqının birliyi, iradəsi, Azərbaycan ordusunun gücü hesabına 30 il işğal altına olan torpaqlarımız azad edildi. 44 günlük Vətən müharibəsində dünyada misli görünməmiş müasir hərbi taktika ilə uzun illər ərzində Qarabağda kök salmış separatizmin kökü kəsildi, terrorizmə son qoyuldu. Ən nəhayət, bir günlük antiterror tədbiri nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyü təmin edildi. Bu zəfər təkcə işğalçı dövlət olan Ermənistan üzərində qələbə deyildi, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın əyilməz ruhunun bütün dünyaya nümayişi idi.

Təbii ki, əldə edilmiş Zəfər bölgədə yeni reallıqların yaranmasına səbəb oldu. Çox təəssüf ki, yeni reallıqla barışmaq istəməyən, xüsusən Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsini həzm edə bilməyən dairələr ölkəmizə qarşı total hücuma keçiblər. Avropa koalisiyası, ABŞ, Fransa kimi dünyanın aparıcı ölkələri ədaləti, beynəlxalq hüququ deyil, açıq-aşkar separatizmi dəstəkləyirlər. İran, Rusiya, Fransa, Hindistan kimi dövlətlər beynəlxalq hüquqa zidd gedərək işğalçı dövləti silahlandırmaqda davam edirlər. Məhz dünyada və bölgədə yaranmış xaotik vəziyyət Azərbaycanın yeni strategiya, yeni hədəflər müəyyən etməsini zəruri edir.
Elə bu səbəbdən də Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycan Respublikasının yeni hədəflərinin cizgilərini cızıb. Şübhəsiz ki, dövlət başçısı yeni hədəfləri hazırkı dövrə kimi əldə edilmiş nəticələrin təhlili əsasında irəli sürüb. Belə ki, dövlət başçısının nitqində ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilir və əsaslandırılır. Dövlət başçısının proqram xarakterli çıxışında İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin nəticələrinin ölkəmizin qarşısında açdığı yeni imkanlar qiymətləndirilərək qarşıda duran vəzifələr sadalanır. Yeni çağırışlardan biri milli təhlükəsizliyin təmin edilməsidir ki, dövlət başçısı buna nail olmaq üçün "yol xəritəsi"ni açıqlayıb.

Dövlət başçısı bəyan edib ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: "Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".

Belə məlum olur ki, dünyada gedən proseslər, Ermənistanda revanşizm meyilləri hərbi sahəyə daim diqqət göstərilməsini zəruri edir. Beynəlxalq hüquq anlayışının tamamilə sarsılması, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının iflasa uğraması Ordumuzun daha da güclənməsini zəruri edir. Məlumdur ki, Ermənistanda revanşist qüvvələr mütəmadi olaraq baş qaldırır, həm marginal siyasi ünsürlərin, həm də Ermənistan hakimiyyətinin revanşizm xülyaları ilə yaşayır. Sürüşkən siyasət yürüdən Ermənistanın silahlanması heç də bölgədə sülhün, əminamanlığın bərpa olunmasına xidmət etmir. Üstəlik, Ermənistana qahmar çıxan ölkələrin ikili siyasəti, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qəbul etdirdikləri qətnamələr çirkin oyunun hələ də davam etməsini göstərir. Bir sözlə, Azərbaycanın qələbəsini həzm edə bilməyən xarici dairələr ölkəmizə qarşı yeni planlar hazırlayırlar. Məhz bu amillər nəzərə alınaraq ölkəmizin hərbi gücünün artırılması ön planda olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi