xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib

2-09-2024, 11:39 6 dəfə baxılıb

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib


Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz də bizi sevindirir.

Siyasi münasibətlərimizin yüksək səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi