xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI

15-11-2023, 10:13 25 dəfə baxılıb

Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti rəisinin iki müavini vəzifəsindən azad edilib.

Qaynarinfo” xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev də vəzifəsindən azad olunub. O, Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Tibb Mərkəzində həkim kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, polkovnik Salman Məmmədov 05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Mayor Tale Əlirzayev isə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi