xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi"

10-07-2023, 12:04 19 dəfə baxılıb

Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi"


"Zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsil alan kadrlar bu gün də dövlətçiliyin inkişafına öz töhfələrini verirlər".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 10-da ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 1987-1990-cı illərdə Ulu Öndərə qarşı təzyiqlər olub: "Həmin dövrün sənədlərinə baxdıqda məlum olur ki, Heydər Əliyevin fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Ancaq istəkləri baş tutmadı".

H.Hacıyev qeyd edib ki, tarixçilər öz araşdırmalarında bəzən ermənilərin yalnız Qarabağı öz ərazisi kimi təqdim etməsini vurğulayır: "Lakin tarixçilər araşdırmalarında nəzərə almalıdır ki, onlar nəinki Qarabağı, eləcə də Naxçıvanı Ermənistana birləşdirməklə oranı Şərqi Ermənistan kimi təqdim etmək istəyirdilər. Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi də baş tutmadı. O, Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi