xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Prezidentdən ərzaqla bağlı hökumətə tapşırıq

9-12-2022, 14:43 37 dəfə baxılıb

Prezidentdən ərzaqla bağlı hökumətə tapşırıq


Azərbaycan özünü ərzaqla təmin edib, ərzaq təhlükəsizliyini təmin etmək və idxalatı azaltmaq üçün ciddi işlər görülür.

Bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.

Baş nazir deyib ki, bununla bağlı Prezident hökumətə müvafiq tapşırıqlar verib: “Prezidentin hökumətə verdiyi tapşıdırlara əsasən, bununla yanaşı, antiinflyasiya istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Bu məqsədlə buğdanın qiymətinin artımı, un və un məmulatları ilə təminatda mənfi təsirlərin qarşısını almaq üçün güzəştlər tətbiq edilib. Bu istiqamətdə işlər növbəti ildə də həyata keçiriləcək. Bu məqsədlə ərzaq təhlükəsizliyinin təminatı istiqamətində xərclər artırılması nəzərdə tutulur. Bunun üçün növbəti ildə 628 milyon manat vəsait ayrılması planlaşdırılır.

Bundan əlavə olaraq ərzaq təhlükəsizliyi məqsədi ilə 90 günlük ehtiyat yaradılıb. Bundan sonra da əhalinin gəlirlərinin artımı, alıcılıq qabliyyətini artırmaq üçün zəruri addımlar görülür və bundan sonra da görüləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi