xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Baş nazir Ukraynadakı hadisələrin Azərbaycana təsirindən danışdı

15-03-2022, 12:45 52 dəfə baxılıb

Baş nazir Ukraynadakı hadisələrin Azərbaycana təsirindən danışdı


Qonşu ölkələrdə baş verən hadisələr ölkəmizə təsirsiz ötüşmür.

"Bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.

O deyib ki, Ukraynada baş verən hadisələrlə bağlı soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir.

"Bununla bağlı cənab Prezident tərəfindən bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Təxliyə istiqamətində bütün çətinliklərə baxmayaraq bu gün səhərədək 9246 nəfər soydaşımız təxliyə olunub", - baş nazir deyib.

O, əlavə edib ki, digər narahatedici məqamlar nəqliyyat-logistika, qida məhsullarının idxalı, qiymət artımı və digər məsələlərdir.

"Amma cənab Prezidentin tapşırığı əsasında həm qida ehtiyatının yaradılması, həm də qiymət artımının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülməkdədir. Bu istiqamətdə zəruri addımlar atılır", - baş nazir deyib.

Baş nazir ölkənin valyuta ehtiyatı ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, bu məsələdə də heç bir narahatılığa ehtiyac yoxdur: "Azərbaycanın valyutası dayanıqlıdır və kifayət qədərdir. Odur ki bu məsələdə heç bir narahatlığa əsas yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi