xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

“Bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq” - Deputat

19-04-2021, 13:09 28 dəfə baxılıb

“Bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq” - Deputat


"Ermənistanda seçkiöncəsi vəziyyət olduğundan siyasi qüvvələr arasında ciddi mübarizə gedir və daha çox anti-Azərbaycan bəyanatlar və mövqe ortaya qoyan siyasi qüvvə xal qazanmaq istəyir. Amma Ermənistanın bu gün revanş götürüb yenidən əvvəlki vəziyyəti bərpa etməsi üçün heç bir imkanı yoxdur. Belə bir cəhd Ermənistan dövlətinin mövcudluğunu sual altında qoyacaq".
Bunu "Ölkə.Az"a açıqlamasında millət vəkili Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın və ölkədəki revanşist qüvvələrin bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, belə revanşist qüvvələr üçün Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir və onunla üzləşəcək.

"Bu səslənən bəyanatlar daha çox Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulub. Çünki onlar cürət edib hansısa addımlar ata bilməyəcəklər. Belə bir niyyəti reallaşdırmaq üçün Ermənistanın hansısa gücü yoxdur. Bunun üçün güclü ordu olmalıdır ki, bu da bu gün Ermənistanda yoxdur və yaxın gələcəkdə də olacağını gözləməyə dəyməz", - millət vəkili qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi