xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

26-02-2021, 14:52 63 dəfə baxılıb

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”


“Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik. Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfıra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri bilmirdilər ki, nə işlə məşğul olsunlar”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı danışıqlardan söhbət gedə bilər?! Bu, əslində Minsk qrupunun həmsədrlərini də çətin vəziyyətdə qoydu, çünki onlar da bu məsələyə hansısa reaksiya verməli idilər. Faktiki olaraq, son iki il ərzində danışıqlar aparılmırdı. Yəni Azərbaycan bu məsələni təkbaşına həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış bəyanat bunu təsdiqləyir”, - deyə İ.Əliyev qeyd edib.

“Status məsələsinə gəlincə, mən öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir də bu məsələyə qayıtmaq istəmirəm. Status hardadır? Onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz xulya idi, iddia idi, əsassız istəklər idi. Və bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rollarını oynadılar. Ona görə status məsələsi ümumiyyətlə gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün “Dağlıq Qarabağ” ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni xalqı ora XIX əsrin əvvəllərində köçürülüb. Biz etiraz etmirik, bizim digər ərazilərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra da Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı da bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm. Əfsuslar olsun ki, müharibə dövründə biz Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əksinə ətalətlə, nifrətlə dolu bəyanatlar verilirdi. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur, erməni xalqı bizim vətəndaşlarımızdır, Azərbaycanda minlərlə erməni yaşayır.

Ancaq bu birtərəfli məsələ deyil, erməni xalqı da buna hazır olmalıdır. Əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onlar bu xəstəlikdən çıxmaq üçün gərək böyük səylər göstərsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi