xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

3-11-2020, 15:21 113 dəfə baxılıb

Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR


Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırım noyabrın 3-də Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkiyənin keçmiş Baş Naziri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər çiçəklər qoyub.

Binəli Yıldırım xatirə kitabına ürək sözlərini yazıb.

Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLARBinəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLARBinəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLARBinəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi