xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 

Özünüzü qoruyun, səhhətinizə fikir verin — Günün qoroskopu

23-10-2019, 08:30 54 dəfə baxılıb

Özünüzü qoruyun, səhhətinizə fikir verin — Günün qoroskopu

Qoç - uzaqdakı tərəfdaşlarla əlaqələri inkişaf etdirmək imkanı yaranıb. Çoxdan bəri planlaşdırdığınız səfər və ya səyahətə hazırlaşa bilərsiniz. Vəzifənizin artmasını və ya gəlir mənbəyinizin daha səbatlı olmasını istəyirsinizsə, bilik və bacarıqlarınızı artırın.
Şəxsi işləriniz və maraqlarınızı işdən üstün tutmayın.
Günün ikinci yarısında qüvvənizi bərpa etmək üçün bir qədər tək qalmalısınız. Səhhətinizə fikir verin.
Dərman qəbul edənədək sağlam həyat tərzini seçin, fiziki işlə məşğul olun.

Buğa - bu gün çalışanda eksperiment edə bilərsiniz. Sizi məqsədə aparacaq yolu yaxın ətrafınızdakı insanlar təqdir etməyə bilərlər. Lakin qəbul etdiyiniz qərarların dürüstlüyünə inamınız önəmli məqamdır.
Maliyyə durumu əlverişlidir. Çoxdan arzuladığınız əşyanı ala bilərsiniz.
Əvvəllər qarşılıqlı anlaşmaya nail ola bilmədiyiniz insanlarla da dil tapa bilərsiniz.
Birmənalı olmayan xarakterə malik insanla tanışlıq istisna deyil.

Əkizlər - düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.
Münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın.
Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın.
Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.

Xərçəng - istənilən çətin situasiyadan və mübahisədən qalib çıxmağı bacarın. Haqlısınız, mövqeləriniz səbatlıdır. Opponentlər tezliklə anlayacaqlar ki, dürüst mövqe tutubsunuz. Qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Mənasız, heç bir səbəbi olmayan riskə əl atmayın.
İşdə tərəfdaş və ya həmkarlarla münasibətlər pisləşə bilər. Fəaliyyət prinsipləri ilə bağlı mövqelərinizi bölüşməyən insanlarla sərt mübahisə etməyin.
Ailənizin yaşamınızda əksini tapacaq qərar qəbul etməlisiniz. Narahat və nigaran olmayın. Diqqətli olun, düzgün qərar verin.

Şir - yeknəsək, adi işləri tam başa çatdırın. Yarımçıq heç nə saxlamayın. İşin effektivliyi, məhsuldarlıq azala bilər.
Çağırış, yarış şəraiti yaranarsa, şikayətlənməyin. Problemlər müvəqqətidir. Aktiv olun, daim irəlidə olmağa çalışın.
Kollektiv fəaliyyət üçün məhsuldar gündür.
Şəxsi münasibətlərdə aqressiv təşəbbüsə can atmayın. Planlarınızda dəyişiklik ola bilər.
Konkret məsələ ilə bağlı mövqelərdə ciddi fərqlər yaranacaq.

Qız - çətin və laübəli gün olsa da, problemlərin öhdəsindən gələcəksiniz. Uğursuzluğa düçar olmayacaqsınız.
Yaşananları real dəyərləndirin. Hansısa iş alınmayanda təşvişə düşməyin. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Məntiqli, soyuqqanlı olun.
Yaxın ətrafınızdakı insanlar sizi təkrarlamağa çalışacaqlar.
Ailə üzvləriniz və qohumlarınız məsləhətlərinizi dinləsinlər. Onların maraqlarını müdafiə edin.

Tərəzi - gün əhvalınızı yaxşılaşdıracaq. Xoş ünsiyyət, effektiv müzakirələr üçün şərait yaranıb. İşdə situasiya normal olacaq. Tələskənlik, tələblər olmayacaq.
Sürprizlər və gözlənilməz xəbərlər istisna deyil.
Günün ikinci yarısında yaşam enerjisi səviyyəsinin yüksək olması ev işlərinin öhdəsindən gəlməyə kömək edəcək.
Mühüm məsələnin həllini tapmağa, yaxın ətrafınızdakı insanlarla daha sıx ünsiyyət qurmağa imkan verəcək məlumat alacaqsınız.
Axşam saatlarında ciddi məsələ ilə bağlı situasiyada dəyişikliklər olacaq.
Əqrəb - perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun. Saatlar keçdikcə şərtlər dəyişə, situasiya kəskinləşə bilər. Bu səbəbdən də diqqəti əsas işə yönəldin, soyuqqanlı olun, təmkinli davranın.
Günün ikinci yarısında münasibətlərdə ciddi problem yarana bilər. Yeni məqsəd formalaşır. Hədəfə doğru qətiyyətlə irəliləyin, vaxtı boş işlərə və puç arzulara sərf etməyin. Fiziki işlərdə xeyir var.
Axşam saatlarını ailəyə həsr edin. Yaxşı tanıdığınız insanlarla birlikdə istirahət edin.

Oxatan - maraqlı görüşlər, məhsuldar danışıqlar günüdür. Mövqeyinizi həssas şəkildə bildirin. Önəm verdiyiniz insanları özünüzdən narazı salmayın.
İşdəki uğurlarınızı rəhbərlik görməsə də, az sonra mükafat və ya gəlir əldə edəcəksiniz.
İrəliləyiş gözlənilməz olacaq.
Yaşam arealında qayda yaratmaq üçün çalışmaq gərəkdir. Təmir və ya köçə başlamaq olar. Yaxın ətrafınızdakı insanlarla müqayisədə daha enerjili, daha diqqətli olun. Yaxınlarınızı astagəllikdə, ətalətdə suçlamayın.

Oğlaq - özünüzü qoruyun, səhhətinizə fikir verin. Nasazlıq, soyuqdəymə, zökəm, xroniki ağrıların kəskinləşməsi ehtimalı var. Səfərdəsinizsə, yaxşı bələd olmadığınız marşrutla hərəkət edirsinizsə, xüsusilə ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri altında olan daha bir yaşam sahəniz maliyyədir. Düşünülməmiş, gərəksiz xərclərə yol verməyin. Başqalarına imkan verməyin ki, pullarınıza ağalıq etsinlər.
Günün ikinci yarısı uğurlu, əlverişli vaxtdır. Peşəkar irəliləyişə nail olacaqsınız. Yeni layihə ilə bağlı işlərə başlayın. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. İstənilən çətin vəziyyətdən çıxış yolu var.

Dolça - məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər. Praktiki, istehsala yönəlmiş fəaliyyət əhəmiyyətli nəticələr verəcək. Mübahisələrə qatılmayın. Dartışmalarda və fikir toqquşmalarında üstün gəlmək praktiki olaraq mümkün deyil. Belə qələbənin xeyri də yoxdur.

Balıqlar - maraqlı və xoş söhbətlər, uzun zaman unuda bilməyəcəyiniz görüş günüdür. Adətlərinizin bir qismini dəyişin, yaşamınızı daha zəngin edin. Əvvəllər maraqlanmadığınız işlə məşğul olun. Dostlar və yaxınlarınızın təşəbbüslərini dəstəkləyin. Yaradıcılıq potensialınız yüksək deyil. Orijinal ideyaların yaranma ehtimalı azdır. Lakin ətrafınızdakı insanlardan birinin konkret ideyalarını diqqətsiz qoymayın.

Sənədləşdirmə, müqavilə və anlaşma imzalamaq, mühüm sənədlərlə iş üzrə əlverişli gündür. Gəlir ehtimalı azdır.

Alış-veriş uğurlu ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi