12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Rafail Teymur oğlu Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin Şəhidi
27-09-2022, 01:02
62 dəfə baxılıb
Rafail Hüseynov 1 yanvar 2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. Ədalət Vəliyev adına tam orta məktəbdə oxuyub. Həmin məktəbi 2017-ci ildə bitirib. Rafailin fiziki hazırlığı yaxşı idi. Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib. 2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra kiçik gizir rütbəsində çalışmağa başlayıb. Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edildi. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail idi. Rafail ailəsinə bağlı insan olub. Ailəsinin arzularını reallaşdırmağa çalışırdı. İstəyi isə müharibənin başlaması, özünün də döyüşlərdə iştirak edib, torpaqlarımızı yağılardan azad etməsi idi. Bir qızı çox sevirdi. Müharibədən sağ qayıtsaydı, nişanlanmağı düşünürdü.
O, 44 günlük müharibənin 42 gününü savaşıb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib. Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunları onun döyüş yoldaşları söyləyib. Deyirlər, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.
Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.
Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşaya girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhid olub...
"Vətən uğrunda" medalı ilə təltif olunub
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: