Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həayata keçirilən Layihənin ideyası şəhidimizin unudulmaması üçün onların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmasına xidmət etməkdir. Layihənin ideyası şəhidin əvəzsiz xidmətini qiymətləndirməkdir. Layihənin ideyası vətən sevgisi və bu sevginin sonsuzluğunda hamımızın birləşməsidir. “Vətən şəhidləri” adlı filmin çəkilməsi layihəsinin icra edilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş körpə fidanlarımızı yaşatmaq üçün Bərdə rayonunda həyata keçiriləcəkdir. Layihəni İnsanlara Qayğı ictimai birliyi həyata keçirir.Bərdənin öz qoynunda yetişdirdiyi nər oğullar Azərbaycan torpaqlarını düşmənlərdən müdafiə ediblər, edirlər və edəcəklər. Bu film Bərdənin 3 igidi haqqındadır: Səid Əbilov, Əli Məhərrəmov və Nicat Baxşəliyev. Onlar Vətən uğrunda şəhid olublar, amma son nəfəslərinə qədər Vətəni müdafiə etmək yolundan dönməyiblər. Bu gənclərin üçü də eyni taleyi bölüşüblər – Vətən taleyini. Üçü də eyni rayondandırlar. Bərdədə böyüyüb başa çatıblar. Hər birinin gələcək həyatı ilə bağlı öz planları, arzuları var idi. Və hər biri elə yaşda idi ki, niyyətlərini həyatda reallaşdırmaq üçün addım atmağa hazırlaşırdılar. Bu zaman onları Vətən çağırdı. Bu çağırışa sözsüz, sualsız getmək qanında qəhrəman xalqın qanı axan hər bir igidin borcu, vəzifəsi və missiyası idi. Səid, Əli və Nicat düşünmədən, tərəddüd etmədən ordu sıralarına qoşulub cəbhəyə yollandılar. Vətən yoluna çıxıb bu yolldada vətən torpağına qarışdılar. Müqəddəs ruhlar isə biləşib vətən səmalarından Şuşaya gedib müqəddəs vətənin gözəlliyinə heyranlılqala tamaşa edirlər. Layihə 4 ayda həyata keçiriləcəkdir. Layihənin tədbiri Bərdə rayonunda keçiriləcək tədbirlərdə şəhid ailələrinin vəkənd əhalisinin iştirakını həyata keçirəcəyik.
Layihənin rəhbəri İnsanlara Qayğı İctimai Birliyinin sədri Ələkbər Ağayevdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.