xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib

1-11-2021, 16:00 55 dəfə baxılıb

Bu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib


Bu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.
2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.

Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilmişdi.

Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi