Biləsuvarlı Murov qartalı - foto
27-09-2021, 01:45
118 dəfə baxılıb
Şəhidlərimiz haqqında məlumatlarla tanış olduqca, apardığım araşdıranda diqqətimi qürur verici bir məqam cəlb etdi. Şəhidlərimizin hamsı, valideyinlərin, yaxınların bilib dediklərindən başqa, mən özümdə, tam əminliklə qət etdim ki, hər bir şəhidmizin ürəyində vətən sevgisi, torpağa bağlılığlıq, 30 illik iztirabdan, utancdan millətin, xalqın yaxasın qurtarmaq eşqi çox güclü olub. Hər bir şəhidmizin içindən gələn bu sevgi sanki, boylarına biçilibmiş. Bu hissi o qədər yaşadım ki, içimdən bu misralar, göz yaşımla varaqa töküldü.
Oxuya, oxuya, gülə-gülə,
Vətən səni sevgi ilə.
Qorumağa getdilər,
Arzusuna yetdilər.
Atıldılar döyüşə,
Düşmən düşdü təşvişə.
Bu igidlər, ərənlər,
Vənən sənçin ölənlər.
Şəhid olub getdilər,
Arzusuna yetdilər.
Həqiqətəndə o oğullar, vətən eşqi ilə şəhidliyə ucaldılar. Vətənin, ərənlərdən bizə əmanət qoyulan varlığını tanıtdılar...
Biləsuvar ayonunun Əsgərabad kəndindən olan şəhid balamız İlkin İslam oğlu Abıyev də məhz belə şəhidlərimizdən biri olub. 2013 - 2015-ci illərdə vətənə olan hərbi xidmət borcunu yerinə yetirsə də, vətən eşqi, hərbidə olduğu müddətdə hərbi sirrə laqincə yiyələyindən, yenidən hərbiyə qayıtmaq, özünü vətənə xidmətdə hərbiçi olmaq istəyini valideyinlərinə deyir. Atası İslam kişi oğlunu başqa bir sahədə iş tapıb işləməsini məsləhət bilsədə, İlkin öz istəyinin arxasıyca getməyini ortaya qoyur. Lazım olan sənədlərini toplayıb müddətdən artıq xidmət işçisi kimi xidmətinə başlayır. Yiyələndiyi hərbi sirləri, hərbi nizam-intizamı, hərbi texnikayla davranmağı gənc əsgərlərə sevə-sevə öyrədir. Özünün qəlbində olan vətən sevgisini gənc əsgərlərə aşlayır.
Qısa arayış: - İlkin İslam oğlu Abıyev 1995-ci ilin yanvar ayının 18 - də, Biləsuvar rayonun Əsgərabad kəndində, müəllim ailəsində dünyaya göz açır. İki bacının bir qardaşı olur. 2002 - 2013 - ci ildə Əsgərabad kənd tam orta məktıbində təhsil alır. Subay idi.
Mənfur ermənilərin mütəmadi atəşkəs pozmaları, şəhidlərmizin olması hər bir azərbaycanlı kimi, bir hərbiçi kimi İlkinidə narahat edir. Daimi düşmənə yerin tanıtdırmaq ürəyindən keçir. Hərbiyə qayıdandan sonra, düşmənin torpaqlarımızda qurduğu mövqeylərinə yaxın hərbi mövqeylərimizdə hərbi xidmətini keçir. Buda İlkinin düşmən xilsətinə bələd olmaqa kömək edir.
27 sentyabr 2020-ci ildə, Azərbaycan Silahlı Qüvvələr Ordusunun qarşısına qoyulan tapşırığı laiqincə yerinə yetirərkən xidmət etdiyi Murov yüksəkliyində, şəhidlik zirvəsinə yüksələn İlkin İslam oğlu Abıyevin cənazəsi, Azərbaycan bayrağına bükülərək doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əsgərabad kəndinə gətrilir. Şəhid balamız İlkin İslam oğlu Abıyevin nəşi, rayon ictimaiyyətinin, icra hakimiyyəti nümayəndələrinin, kənd sakinlərinin izdihamı altında torpağa tapşırılır.
Dövlətmiz, şəhid balamız İlkin Abıyevin döyüşdə göstərdiyi şücaəti, "Vətənə uğrunda", "İgidliyə görə", Kəlbəcərin azad olunmasına görə" medalları ilə mükafatlandırır.
Daimi qəlbimizdə yaşayacaq şəhidlərmizin hər birinə Allahdan rəhmət, məkanlarının cənnət olsını, nur içində yatmalarını diləyirəm.
Biləsuvarlı İlkin İslam Abıyev haqqında video çarxlarda eşitdiyim " o sanki qartal idi" kəlməsi yazının sonun çatdırana qədər yadımdan bir anda olsun çıxmadı. Elə başlığıda əvvəldən "Biləsuvarlı Murov qartalı" qoydum. Qartal kimi düşmən üzərinə şığıyan igidlərimiz bizə 30 ilin ağrısın, acısın unutdurdular. Qürurmuzu özümüzə qaytardılar.
Sizin qarşınızda baş əyirik, şəhidlərmiz, qazilərmiz, döyüşən igidlərmiz.
Bu vətən babalardan bizə əmanət idi, siz o əmanəti ləyaqətlə gələcək nəsilə ötürdünüz. Ruhunuz şad olsun.
Allah sizlərə şəfa versin.
Allah sizləri qorusun.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR