xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Azərbaycan film və serial sahəsində Türkiyə təcrübəsindən yararlanacaq

21-05-2021, 11:07 69 dəfə baxılıb

Azərbaycan film və serial sahəsində Türkiyə təcrübəsindən yararlanacaq


“Qardaş Türkiyə ilə mədəniyyət sahəsində həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq imkanları mövcuddur”.
“Bunu mədəniyyət naziri Anar Kərimov deyib. O söyləyib ki, ortaq tarix və dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər, ölkələrimizin bütün maraqlarını tam şəkildə ehtiva edir:

“Martın 1-dən 3-dək nazirliyin geniş nümayəndə heyəti ilə Türkiyə səfərimiz gerçəkləşdi. Ankara və İstanbulda çoxsaylı görüşlərimiz oldu. Səfər zamanı iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclası keçirildi. İncəsənət, muzey, kitabxana işi, kino sənayesi və s. sahələrdə əməkdaşlığa dair faydalı müzakirələr aparıldı. İclasın yekun protokolu da mədəniyyətin bütün spektri üzrə gələcək birgə fəaliyyətimizi əhatə edir”.

Nazir bildirib ki, məqsəd Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır:

“Xüsusilə də kino sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz zəfərin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində kino layihələri mühüm rol oynaya bilər. Bu məqsədlə ortaq layihələr həyata keçirmək istəyirik. Türkiyə tərəfi də bu sahədə işbirliyinə böyük önəm verir. Türkiyənin film istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə əlaqə yaratmışıq. Birgə filmlərin çəkilişlərində Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Məlumdur ki, Türkiyənin kino sənayesi son dövrlərdə çox inkişaf edib. Türk filmləri, serialları dünyada maraqla qarşılanır. Biz də bu təcrübədən yararlanmaq istəyirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi