xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 12:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 17:16 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 16:30 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 

Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB

Bugün, 12:11 1 dəfə baxılıb

Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB


Hesabat dövründə Azərbaycan Ukraynadan 10,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 74 % çox) 2 min 158 ton (+45 %), Braziliyadan 3,5 milyon ABŞ dolları dəyərində (+33 %) 1 min 491 ton (+78 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (-13 %) 340 ton (-18 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (-11 %) 319 ton (-21 %), Rusiyadan 231 min ABŞ dolları dəyərində (+88 %) 72 ton (+5 dəfə) məhsul alıb.
Cebhe.info qeyd edir ki, marketlərin əksəriyyətində istehlakçılara xaricdən idxal olunan ətlər satılır. Ət idxalı artsa da, qiyməti heç də ucuz deyil.


İqtisadçı Eyyub Kərimli Musavat.com-a bildirib ki, bu gün ölkəmizə idxal olunan mal ətinin qiyməti təxminən 6-8 manat arasında formalaşır: “Bunun üzərində logistika, ədv, gömrük rüsumu, saxlama xərcləri əlavə olunur, bu da 50 faizə qədər artım deməkdir. Düşünürəm ki, buna görə maya dəyəri 12-13 manat formalaşır. Bu səbəbdən marketlərdə idxal olunan mal ətinin qiymətinin 17-20 manat arasında dəyişdiyini müşahidə edirik. Qiymətin yüksək olması həm də tələbatla bağlıdır. Vəziyyəti tənzimləmək üçün idxalı şaxələndirməliyik. Dövlət ciddi, şəffaf rəqabət mühitinin formalaşmasına nəzarət etməlidir. Digər tərəfdən bazarda daha çox payı olan pərakəndə ticarətçilərin sövdələşməsinin qarşısı alınmalıdır”.

Onun fikrincə, bəzi hallarda pərakəndə ticarət obyektləri yüksək tələbatı nəzərə alaraq süni qiymət artımına, daha çox gəlir əldə etməyə çalışırlar: “Bu da bahalığın səbəblərindən biridir. İdxalçıların arasında razılaşma da mümkündür. Sözsüz ki, ətin qiymətinin ucuzlaşması üçün yerli istehsalı daha çox artırmalıyıq və xarici bazarlardan asılılığı azaltmağa çalışmalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi