xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 16:30 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 
  • 11:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 

“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir

Bugün, 12:16 1 dəfə baxılıb

“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir


2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra azad olunmuş ərazilərdə enerji infrastrukturunun bərpası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr davam edir.

Bu çərçivədə “AzərEnerji” ASC tərəfindən Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-2” və Ağdərə rayonunda 110/35/10 kV-luq “Həsənriz” yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edilir.

“Xankəndi-2” yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.

Ağdərə rayonunda tikilən “Həsənriz” yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

“AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, “Xankəndi-2” və “Həsənriz” yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və texnoloji göstəricilərin real vaxt rejimində ötürülməsi üçün yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Bu sistemlər “AzərEnerji”nin Mərkəzi SCADA idarəetmə platformasına inteqrasiya ediləcək.

Qeyd edək ki, bundan əvvəl “AzərEnerji” tərəfindən “Xankəndi-1” yarımstansiyası tamamilə yenidən qurularaq qapalı tipli yarımstansiya kimi ötən ilin dekabr ayında istismara verilib.

Yeni layihələrin tamamlanması ilə “AzərEnerji”nin azad edilmiş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Bununla yanaşı, bölgədə artıq 38 su elektrik stansiyası tikilərək istismara verilib, hazırda isə əlavə 8 su elektrik stansiyasının tikintisi davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi