xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

Bugün, 09:09 2 dəfə baxılıb

Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA


2026-cı ildə Bakı Metropolitenində abunə, limitsiz və çoxgedişli gediş paketlərinin tətbiqi nəzərdə tutulmur.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Lakin bu istiqamətdə araşdırmalar aparılır və gələcək tətbiq üçün əsas tələblər müəyyən edilir. Tarif siyasəti ilə bağlı olaraq paketlərin qiymətləri və istifadə qaydalarının səlahiyyətli qurum tərəfindən təsdiqlənməsı, eyni zamanda sərnişinlərin şəxsi məlumatlarının qorunması, həmçinin təhlükəsizlik və əməliyyat baxımından kartlarla bağlı mümkün qanunsuzluqların qarşısının alınması, pilot layihənin həyata keçirilməsi və sərnişinlər arasında məlumatlandırma işlərinin aparılması vacibdir".

Qurumdan verilən məlumatda qeyd olunub ki, həmçinin texniki baxımdan turniket və oxuyucuların yenilənməsi və ya proqram təminatının təkmilləşdirilməsi tələb olunur:

"Bu sistemlər vaxt əsaslı abunələri (həftəlik, aylıq, illik) tanımalı, limitsiz istifadəni düzgün tətbiq etməli və çoxgedişli paketlərdə gediş sayını avtomatik olaraq azaltmalıdır. Bundan əlavə, abunələrin avtomatik aktivləşdirilməsi və illik limitsiz kartlar üçün fərdi identifikasiya kimi funksiyalar da təmin edilməlidir.

Gələcəkdə tarif siyasətində dəyişikliklərin və yeni ödəniş modellərinin tətbiqi üçün sistem çevik olmalı, açıq standartlardan istifadə edilməli və hesab əsaslı bilet sisteminə keçid nəzərdən keçirilməlidir. Eyni zamanda ödəniş üsullarının daha ədalətli və səmərəli tarif mexanizminin formalaşdırılmasına, sərnişin rahatlığının artırılmasına və sərnişin axınının daha düzgün idarə olunmasına xidmət etməsi prioritet vəzifələrdəndir", - deyə rəsmi məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi