xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı

15-05-2026, 11:41 8 dəfə baxılıb

Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı


2026-cı ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi illik müqayisədə 5.6 faiz artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən, eləcə də mövsümi xarakter daşıyan məhsul və xidmətlər nəzərə alınmadan hesablanan baza inflyasiya mart ayında illik 5.5 faiz təşkil edib.

Mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 6.5 faiz olub.

Mərkəzi Bankın məlumatına görə, ərzaq qiymətlərinin ümumi inflyasiyaya töhfəsi dəyişməyərək 2.9 faiz bəndi səviyyəsində qalıb. Qida məhsulları arasında ən yüksək illik qiymət artımı süd və süd məhsullarında (10.5 faiz) və meyvələrdə (9.7 faiz) qeydə alınıb.

Qeyri-qida məhsullarının qiymətləri illik müqayisədə 3.7 faiz artıb. Bu kateqoriyada ən yüksək bahalaşma 36.6 faizlə zərgərlik məmulatlarında müşahidə olunub.

Xidmətlər üzrə illik inflyasiya 5.7 faiz təşkil edib. Ödənişli xidmətlər arasında ən çox bahalaşan xidmətlər mərkəzi isitmə (50 faiz), metro nəqliyyatı (20 faiz), hava nəqliyyatı (13.6 faiz) və təbii qaz təchizatı (5.3 faiz) olub.

Mart ayında istehlak səbətinə daxil olan 566 adda mal və xidmətdən 117-sinin qiyməti illik müqayisədə 4 faizdən çox artıb. Məhsul və xidmətlərin 7.1 faizinin qiymətində isə azalma qeydə alınıb.

Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın formalaşmasına həm qlobal, həm də daxili amillər təsir göstərib. Ticarət tərəfdaşlarında inflyasiya, kənd təsərrüfatı istehsalçı qiymətləri, dövlət və ev təsərrüfatlarının istehlakı qiymət artımını sürətləndirən əsas faktorlar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi