xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Dollar çökür? "Bank of America"dan TƏCİLİ açıqlama

9-02-2026, 14:22 6 dəfə baxılıb

Dollar çökür? "Bank of America"dan TƏCİLİ açıqlama



ABŞ dollarının sürətlə dəyər itirməsi ilə bağlı yayılan iddialar reallığı əks etdirmir.

"Bank of America" bazar məlumatlarına istinadən bildirir ki, hazırkı göstəricilər Amerika aktivlərindən struktur və kütləvi çıxışın baş verdiyini təsdiqləmir.

Son həftələrdə dolların volatilliyi artsa da və müəyyən məqamlarda çoxillik minimumlara yaxınlaşsa da, bu proses “Amerikanı sat” strategiyalarının sistemli xarakter aldığını göstərmir. Bankın analitiklərinin fikrincə, müşahidə olunan dalğalanmalar daha çox qısamüddətli bazar reaksiyaları ilə bağlıdır və fundamental dönüşdən xəbər vermir.

Məlumatda qeyd olunur ki, dollar uzunmüddətli perspektivdə müəyyən təzyiqlərlə üzləşə bilər. Lakin mövcud kapital axınları, ABŞ maliyyə alətlərinə maraq və investor davranışları valyutanın mövqeyinin hələlik qorunduğunu göstərir. Bu baxımdan, dolların sürətli və nəzarətsiz şəkildə dəyərdən düşməsi ilə bağlı ssenarilər şişirdilmiş hesab olunur.

Hesablarmalara görə, yaxın dövrdə dolların taleyi əsasən ABŞ-nin monetar siyasəti, qlobal risk mühiti və makroiqtisadi göstəricilərin dinamikası ilə müəyyənləşəcək. Hazırkı mərhələdə isə bazarlar dolların “çöküşü”nə dair aydın siqnallar vermir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi