xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Trampın tarif qərarlarının Azərbaycan iqtisadiyyatına təsirləri - AÇIQLAMA

2-08-2025, 09:54 26 dəfə baxılıb

Trampın tarif qərarlarının Azərbaycan iqtisadiyyatına təsirləri - AÇIQLAMA


“Son günlər ABŞ prezidentinin müxtəlif ölkələrə tətbiq etdiyi tarif siyasəti intensivləşib. Bu siyasət dünya iqtisadiyyatına müxtəlif yönlərdə təsir edəcəkdir. Bəs bu siyasət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Baxmayaraq ki, son tarif artımları Azərbaycana şamil edilməyib, bu siyasət ölkəmizin iqtisadiyyatına dolayı yolla təsir etmək imkanına sahib ola bilər”.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, tarif siyasəti qlobal ticarətin sərtləşməsinə və neft qiymətlərinin düşməsinə səbəb ola bilər:

“Yeni tarif qərarları qlobal ticarət axınlarında yavaşlama, qeyri-müəyyənlik və maliyyə bazarlarında dalğalanmalar yaradır. Bu isə dünya üzrə enerji tələbatının azalmasına gətirib çıxara bilər ki, bu isə Azərbaycanın neft ixracı üçün vacib xarakter daşıyır.Nəticədə, neft qiymətlərinin azalması xarici valyuta gəlirlərinə və icmal büdcə ehtiyatlarına təsir edə bilər.
Tarif siyasəti dolların güclənməsimə və idxalın bahalaşmasına səbəb ola bilər.

Yeni tariflər ABŞ-da inflyasiyanı artırarsa, Federal Ehtiyat Sistemi faizləri yüksəldə bilər. Bu da dolların möhkəmlənməsinə yol açacaqdır. Dünən FED ABŞ-da faziləri azaltmayaraq sabit saxlamaq qərarı belə bir təhlükənin olduğuna işarə edir.

Azərbaycan manatının faktiki şəkildə sabit olmasına baxmayaraq, dolların artan dəyəri idxal olunan malların—xüsusilə ərzaq, dərman və texniki avadanlıqların—qiymətinin yüksəlməsinə səbəb ola bilər. Nəticədə, daxili bazarda inflyasiya təzyiqləri güclənə bilər”.

ABŞ prezidentinin tarif tətbiqinin Azərbaycana təsirlərinə gəldikdə deputat bildirib ki, bütün bunlarla yanaşı bu siyasət Azərbaycanın iqtisadiyyatı üçün yeni fürsətlər də yarada bilər: “Belə ki, ölkəmizin ticarət partnyorlarının tariflərlə üzləşməsi nəticəsində bəzi idxalçılar alternativ bazar və tədarükçü axtarışına keçə bilər.

Bu şərtlər, Azərbaycan üçün kənd təsərrüfatı, tekstil, alüminium, və kimya məhsulları sahəsində yeni iqtisadi fürsətlər yarada bilər.

Yüksək tariflər enerji bazarlarında qeyri-müəyyənlik və qiymət artımına da səbəb ola bilər. Bu isə Azərbaycan üçün qısa müddətli neft gəlirlərində artım potensialı da yarada bilər.
İstənilən böhranı fürsətə çevirmək iqtisadi siyasətin əsas hədəfidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi