xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Yanvar ayı üzrə büdcənin gəlir və xərcləri açıqlanıb

3-02-2025, 13:53 10 dəfə baxılıb

Yanvar ayı üzrə büdcənin gəlir və xərcləri açıqlanıb


2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir. Belə ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.049.2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89.1 min manat və ya 2,25 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259.282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487.139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3.335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1.206.8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57.317,9 min manata, sair daxilolmalar isə 35.363,6 min manata bərabər olub.

​ Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339.594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12.487,1 min manat və ya 0,54 faiz çoxdur.

​ Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi