xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Zəlzələnin mənzil bazarına təsiri: Qiymətlər ucuzlaşacaqmı?

4-07-2023, 16:00 15 dəfə baxılıb

Zəlzələnin mənzil bazarına təsiri: Qiymətlər ucuzlaşacaqmı?


Dünən Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verdi və bu təkanlar Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olundu.

Bununla bağlı olaraq çoxmərtəbəli binalarda yaşayanların əksəriyyəti gecəni evlərindən kənarda keçirdi. Bir çoxları isə fərdi yaşayış evlərinə, bağ evlərinə üz tutdu.

Baş verən zəlzələ çoxmənzilli binalara marağı azalda və onların qiymətlərinə təsir edə bilərmi?

Daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı “Ölkə.Az”a açıqlamasında bildirdi ki, belə xırda təkanların daşınmaz əmlak bazarına ciddi təsirinin olacağını düşünmür: “Adətən zəlzələ mənzil bazarına müvəqqəti də olsa təsir edir. Müəyyən bir müddət mənzil seqmentinə maraq azalır, fərdi yaşayış evlərinə maraq artır. Bunun nəticəsində mənzillər üzrə tələb azalır və qiymət də aşağı enir. İndiki halda ciddi təkan baş vermədiyindən cəmiyyətdə bununla bağlı fikir yaranacağını, qiymətlərə hər hansı təsir göstərəcəyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, bir neçə gün ərzində növbəti təkan baş verərsə və bu təkanlar hiss olunarsa, mənzil bazarında potensial alıcı kütləsinin gözləmə mövqeyinə keçməsi və alqı-satqı əməliyyatlarının sayının azalması ilə nəticələnə bilər.

“Türkiyədə baş verən zəlzələ Azərbaycanın mənzil bazarına təsir etmişdi. Qısamüddətli dövrdə fərdi yaşayış evlərinə tələb artmışdı. İndi də bu tendensiya davam edir. Düzdür, bu Türkiyə ilə bağlı deyil, çünki mənzillərin qiyməti sürətlə artır. İpoteka üzrə aparılan əməliyyatlarda ucuz mənzillərin sayının azlığı fərdi yaşayış evlərinə tələbi artırıb”, - deyə R. Osmanlı əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi