xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Avtomobil almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! - mayın 15-dən sonra...

25-04-2023, 10:24 23 dəfə baxılıb

Avtomobil almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! - mayın 15-dən sonra...


“Yaşı 10 ildən çox olan maşınların ölkəyə idxalına məhdudiyyətlərin qoyulmasından sonra avtomobil bazarında aktivlik artıb. Həmin qərara qədər yararsız avtomobillərin sayı günü-gündən artırdı. Ölkəyə ardı kəsilmədən metallom daxil olurdu. Düşünürəm ki, elə maşınlar ölkəyə daxil olmamalıdır. Bu qərardan sonra avtomobil parkı bir növ özünü təbii yolla yeniləyəcək”.

Bu fikirləri Musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanın avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var:

“Əsasən mövsümi dövrlərdə bazar aktivləşir. Bu da payızın, yayın əvvəli olur. Adətən aktivlik mayın 15-dən sonra olur. Biz hazırda da bazarda aktivlik görürük. Bunu avtomobil alqı-satqısı ilə məşğul olan sahibkarların, həmçinin fərdi qaydada şəxslərin öz maşınlarını daha yüksək qiymətə sata biləcəklərini düşünmələri ilə əlaqələndirmək olar. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki bazar aktivdir və bir neçə nəfərin istəyi ilə qiymətlərin kəskin qalxması və yaxud enməsi mümkün deyil. Avtomobil bazarı özü qiymətləri tənzimləyir. Mayın 15-dən sonra köhnə avtomobillərin qiyməti 3-5% arta bilər.

Ötən həftə ərzində dünyanın iri avtomobil istehsalçıları anons verdilər ki, maşınların qiyməti 3% civarında yüksəlir. İstehsalçılar bunu ehtiyat hissələrinin qiymətinin bahalaşması, daşınma xidmətlərinin qiymətinin yüksəlməsi və müəyyən cihazların defisiti ilə əlaqələndirirlər. Avtomobil sənayeçiləri hazırda yarımkeçiricilərin defisitini yaşayırlar. Bununla bağlı qiymət yüksəlişi var. Bu, Azərbaycan iqtisadiyyatı ilə bağlı deyil”.

Ekspert qeyd edib ki, həm yeni, həm də köhnə avtomobillərin qiymətinin 3% civarında yüksəlməsi qiymətin daha da yüksəlməsinə təkan verə bilər:

“Çünki burada balans yaranmır. Belə olan halda ikinci əl avtomobil bazarında qiymətin bir qədər də yüksələ biləcəyini deyə bilərik. Avtomobil almaq istəyənlərə tövsiyəmiz ondan ibarətdir ki, imkan varsa, yeni maşın alsınlar. Elə avtomobil almaq lazımdır ki, onun markasının Azərbaycanda rəsmi servisi olsun, təmir problemi çıxanda dilerə müraciət edə bilsinlər.

Avtomobil artıq əvvəlki qədər dəbdəbə deyil, bir nəqliyyat vasitəsi kimi qəbul olunur. Sevindirici haldır ki, vətəndaşlar ekoloji təmiz nəqliyyat vasitələrinə də üstünlük verirlər. Hibrid avtomobillər bu gün Azərbaycanda çox populyardır. Elektromobillər də getdikcə populyarlaşır. Bakıda da elektrobuslar fəaliyyətə başlayacaq. Bu da bir növ Azərbaycanda avtomobil seqmentinin elektrikləşdirilməsinə təkan verəcək. Biz görürük ki, sahibkarlar elektrikdoldurma məntəqələrinin Azərbaycan üzrə quraşdırılmasında maraqlıdırlar. Əgər ötən ilin sonuna qədər 40-a yaxın elektrikdoldurma məntəqəsi var idisə, bu il bu rəqəm 100-ə yaxın olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi