xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Tikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMA

23-02-2023, 13:19 32 dəfə baxılıb

Tikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMA


"Mənzil Məcəlləsinə görə çoxmənzilli binaları sakinlərin ümumi yığıncağı idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir. Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər.

Əksəriyyət elə düşünür ki, guya çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım".

Bunu hüquqşünas ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki, ümumi yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum:
"Xətai rayon məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il tarixində isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır"..

"Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində qalındı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq.

Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək. Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın", - deyə Ə. Həsənov əlavə edib.

Tikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMATikinti şirkətləri binalardan çıxarılacaq - AÇIQLAMA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi