xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi vaxt AÇIQLANDI

25-08-2022, 14:24 38 dəfə baxılıb

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi vaxt AÇIQLANDI


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır.

Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

Onun sözlərinə görə, yolun tikintisi başa çatmaq üzrədir:

“Yolda cəmi 27 kilometr asfaltlanmamış hissə qalıb. Hazırda ödəniş üçün turniketlərin qoyulması işi aparılır. Eyni zamanda yolla hərəkət edəcək ağır tonnajlı maşınların müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılır. Yəqin ki, bu ilin sonuna kimi yolun istismara verilməsinə dair üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi