xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

SOCAR-dan Aİ-95 və Aİ-98 benzinin qiyməti ilə bağlı - AÇIQLAMA

2-06-2021, 11:33 71 dəfə baxılıb

SOCAR-dan Aİ-95 və Aİ-98 benzinin qiyməti ilə bağlı - AÇIQLAMA


Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.
Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

İ.Əhmədov bildirib: "Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir".

SOCAR rəsmisi xatırladıb ki, pandemiyadan əvvəl premium benzinin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm 1.10-1.20 manata, sonra 1.25 manata düşüb, indi isə 1.40 manata yüksəlib:

“Bunun səbəbi dünya bazarlarında neftin qiymətinin artması və buna görə bu marka benzini istehsal edən ölkələrin və zavodların qiymətləri artırmasıdır. Qiymət dünya bazarlarınDa düşərsə, bu markalı benzinin qiyməti ölkəmizdə də dəyişəcəkdir. Gələcəkdə, 2022-ci ildə, Heydər Əliyev Neftayırma Zavodunun modernləşdirilməsi başa çatdıqda, özümüz də müəyyən miqdarda Aİ-95 benzini istehsal edə biləcəyik və belə olan halda prinsip etibarilə, artıq beynəlxalq markadan və benzinin beynəlxalq qiymətlərindən asılı olmayacağıq. Ancaq hazırda bu marka benzin ölkəyə idxal edildiyi üçün beynəlxalq qiymətdən asılılıq var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi